Tarix : 2012 Feb 12
Kod 28566

»Eurovision-2012»yə cəmi 50 mln. manat xərclənəcək?

Bu ilin may ayında Bakıda «Eurovision-2012» Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən 50 mln. manat (63,3 mln. ABŞ dolları) ayrılacaq
/Aran agentliyi

Bu ilin may ayında Bakıda «Eurovision-2012» Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən 50 mln. manat (63,3 mln. ABŞ dolları) ayrılacaq.

Xəbər.info-nun məlumatına görə, Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycanda «Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üzrə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü» təsdiqlənib.

Sərəncama əsasən, 2012-ci ildə bu məqsədlərlə dövlət büdcəsində 77 mln. manat nəzərdə tutulub. Bu vəsaitin 50 mln. manatı «Eurovision-2012» Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə sərf ediləcək. Qalan 27 mln. manat isə digər tədbirlərin keçirilməsinə xərclənəcək.

Sərəncama əsasən, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə 5,4 mln. manat, Diaspor üzrə Dövlət Komitəsinə 3,8 mln. manat, İqtisadi İnkişaf Nazirliyinə 2,9 mln. manat, Xarici İşlər Nazirliyinə 2,6 mln. manat, Milli Məclisə 828 min manat və s. ayrılacaq.

  • Yazılıb
  • da (də) 2012 Feb 12