Azərbaycan Respublkiasında bir Mossad muzdlusu Mossad casuslarının bu ölkədə mövcudiyyəti və onların azad şəkildə fəaliyyətindən xəbər verib
/Aran agentliyi
Azərbaycan Respublkiasında bir Mossad muzdlusu Mossad casuslarının bu ölkədə mövcudiyyəti və onların azad şəkildə fəaliyyətindən xəbər verib.
İran Tələbələri İnformasiya Agentliyi İSNA-nın məlumatına görə, ivrit dilli Haarets qəzeti sionist rejimin casusluq servisi Mossadın modern bazalarından birinin Azərbaycan Respublikası torpağında yerləşdiyini xəbər verib və bildirib: Mossadın onlarla casusu sakit bir atmosferdə bu ölkədə fəaliyyət göstərir.
Times qəzeti də Azərbaycan Respublikasında Mossad muzdlularından Şimon adlı bir nəfər və digər yüksək səviyyəli mənbə ilə müsahibə aparıb. Mossad muzdlusu bildirib ki, Azərbaycanda onlarla Mossad muzdlusu tam sərbəst şəkildə fəaliyyət göstərirlər.
Mossad casusu ötən 4 ildə İmad Muğniyənin terror olunmasına reaksiyada intiqam xarakterli bir hərəkətdə İsrailin Azərbaycan Respublikasındakı səfirliyinə hücumun proqramlaşdırılması barəsində məlumatların mövcud olmasından söz açıb.
Şimon habelə bildirib: Azərbaycan Respublikasında Mossad qüvvələrinin sayı ötən illə müqayisədə artıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyində fəaliyyət göstərən sabiq bir rəsmi də deyib ki, hamı Mossadın Azərbaycan Respublikasında fəaliyyət göstərdiyini bilir.
Digər məlumatlı mənbələr də bildiriblər ki, ABŞ Azərbaycan Respublikasının şimal və cənubunda iki informasiya bazası yaradıb.