Tarix : 2012 Feb 12
Kod 28591

Azərbaycan Respublikasının Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirini çağırtdırıb
/Aran agentliyi

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirini çağırtdırıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Baş İdarəsinin məlumatına görə, İranın nüvə alimlərinin terror olunması ilə əlaqədar bəzi terrorçuların Azərbaycan Respublikasından keçmələri, Təl-Əvivə getmələri üçün bu ölkədə bəzi imtiyazlara malik olmaları və sionist rejimin casusluq şəbəkələri ilə əməkdaşlıq etmələri ardınca, Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov Xarici İşlər Nazirliyinə çağırılıb və İran İslam Respublikasının etirazı ona bildirilib.

İranın Xarici İşlər Nazirliyinin MDB və Qafqaz Məsələləri üzrə İdarəsinin baş müdiri bu görüşdə etiraz notasını təqdim etməklə Azərbaycan Respublikasından təkidlə istəyib ki, bu ölkə torpağında İran İslam Respublikasına qarşı Mossad casusluq təşkilatının fəaliyyətlərinin qarşısını alsın.

Azərbaycan Respublikasının Tehrandakı səfiri də cavabda deyib ki, Bakıya səfərdə məsələni ölkə rəsmilərinə çatdıracaq və araşdırmaqla yanaşı İran tərəfinə cavabı bildirəcək.

Bu görüşdə habelə Azərbaycan Respublikasında İran İslam Respublikası qurumlarının nümayəndələrinə qarşı qeyri-münasib rəftar, gündəlik anti-İran media təbliğatı, eləcə də Astara-Bakı yolunda İranın yük maşınlarının dayandırılmasına kəskin etiraz olunub və bu növ qeyri-səmimi hərəkətlərin təcili olaraq dayandırılması istənilib.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Feb 12