Azərbaycan Respublikasının Naxçıvana və əks istiqamətdə nəqliyyat vasitələrinin keçməsi üçün Araz çayının kənarındakı yolun bu respublikaya verilməsi ilə əlaqədar İranın tarixi addımının ...
/Aran agentliyi
Azərbaycan Respublikasının Naxçıvana və əks istiqamətdə nəqliyyat vasitələrinin keçməsi üçün Araz çayının kənarındakı yolun bu respublikaya verilməsi ilə əlaqədar İranın tarixi addımının 20 illiyində Bakı İranın təxminən 100 yük maşınını saxlamaqla Tehranın bu strateji dəstəyinə təhqiramiz cavab verib.
20 il öncə Dağlıq Qarabağın mülkiyyəti ilə bağlı Ermənistanla Azərbaycan Respublikası arasında baş qaldıran münaqişə nəticəsində Naxçıvanla Azərbaycan Respublikası arasında quru əlaqə yolu kəsildi. Lakin İran Araz çayı kənarında gündəlik yüzlərlə yanacaq və ərzaq daşıyan yük maşınları, avtobus və avtomobillərin Azərbaycan Respublikasının iki ərazisi arasında keçidinə zəmin yaratdı və Naxçıvanın mühasirə şəraitində bu məntəqədə insan faciəsinin yaranmasına mane oldu.
Son 20 il ərzində Azərbaycan Respublikası rəsmiləri İranın strateji dəstəyinə işarə etməmiş, üstəlik dəfələrlə Bakı üçün bir çox faydaları olan Azərbaycan Respublikasında İran yük maşınlarının hərəkətində dəfələrlə maneələr yaradıblar.
Yeni bir vəziyyətdə Azərbaycan Respublikası İrana qarşı öz siyasətlərini kəskinləşdirməklə bu həftə İranın təxminən 100 yük maşınını Salyan rayonu yaxınlığında 4 gün müddətinə saxlayıb. Buna görə də bu yük maşınlarının sürücüləri çətin hava şəraitində 4 sutka -10 dərəcə temperaturda qalmalı olublar.
Azərbaycan Respublikasının bu hərəkətlə bağlı bəhanəsi yük maşınlarının hündürlüyünün "standart" olmaması olub. Lakin bu sual irəli sürülür ki. əgər bu yük maşınları standart deyilsə, nə üçün yük maşınlarına sərhəddən keçmək və Azərbaycan Respublikasında təxminən 60 km irəliləmək icazəsi verilib?
Eyni zamanda dəfələrlə şimal-cənub koridorunun əhəmiyyətindən və standartlara diqqət yetirməkdən söz açan Azərbaycan Respublikası rəsmiləri nə üçün azərbaycanlı nəşriyyatların bildirdiyinə görə hətta kənd yolları standartlarına malik olmayan Astara-Biləsuvar-Bakı yollarının standartlaşdırılması fikrində deyillər.
Hər bir yük maşınından 4 min dollar cərimə tələb olunmasına rəğmən, sonda İranın Bakıdakı səfirliyinin məsələyə müdaxilə etməsi ilə bu yük maşınlarının 4 gün saxlanmasından sonra azad olmasına baxmayaraq, bu hərəkət bir daha Azərbaycan Respublikasının İrana qarşı siyasətlərini nümayiş etdirdi.
Azərbaycan Respublikasının son hərəkəti elə bir şəraitdədir ki, yüzlərlə yük maşını və yanacaq tankerinin İran ərazisindən Araz çayının kənarı ilə keçməsi ekoloji çirkləndirmə və ətraf şəhər, o cümlədən Biləsuvar sakinləri üçün bir çox texniki problemlərə səbəb olur.
Azərbaycan Respublikası ötən may ayında da Belarus istiqamətində hərəkət edən İranın dərman preparatı daşıyan bir yük maşınını bir ay müddətinə saxlamış və yükün xarab olmasına səbəb olmuşdu.
Azərbaycan Respublikasının bu məsuliyyətsiz hərəkəti ilə bağlı bəhanəsi yükün, sədri erməni əsilli olan bir Belarus şirkətinə aid olması idi.
Bu elə bir şəraitdədir ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında qeyri-rəsmi ticarət bərqərardır və Azərbaycan Respublikasının neft və benzini birbaşa şəkildə bu respublika hökumətinə yaxın dairələrin vasitəsi ilə Gürcüstandan Ermənistana nəql olunur. Eyni zamanda Ermənistanın sabiq prezidenti Robert Koçaryan rus şirkətləri adı altında Azərbaycan Respublikasını neft yataqlarında investisiya qoyub.
Əlbəttə Ermənistan və Azərbaycan Respublikasının qeyri-rəsmi münasibətləri yalnız iqtisadi məsələlərlə məhdudlaşmır. Azərbaycan Respublikası öz hava zolağının Rusiyanın Ermənistana doğru hərəkət edən hərbi yük təyyarələrinin ixtiyarında qoymaqla, praktiki olaraq Moskva və İrəvana 102 saylı hərbi bazanın təchiz olunması üçün kömək edir. Halbuki Türkiyə dairələri bu bazanın təchiz olunmasını Türkiyənin təhlükəsizliyi üçün təhlükə sayırlar.
Bəzi siyasi müşahidəçilər Azərbaycan Respublikasının İrana qarşı yüzlərlə olan hərəkəti, o cümlədən Azərbaycanın adını saxta "Şimali Azərbaycan" adına dəyişdirmək üçün İrana qarşı bu ölkə parlamentinin bir qrup deputatının separatçılığına toxunaraq bildirirlər ki, Azərbaycan Respublikası bölgədə 2-ci İsrailə çevrilməkdədir.