/Aran agentliyi
The Times" bu barədə yazıb.
İngiltərənin ən tirajlı qəzetlərindən biri “The Times”in xəbərinə görə, Azərbaycan paytaxtı bu günlərdə I dünya müharibəsinin Norveçi, II dünya savaşının Kasablankası təəssüratını yaradır. Müxtəlif ölkələr, xüsusilə də İsrail casusları Bakıda yerlərini möhkəmləndirərək İrana yönəlik mümkün hərbi müdaxilənin kəşfiyyat bazasını formalaşdırmağa çalışırlar.
Rusiya, İran və Türkiyə ilə qonşu olan Azərbaycan bu mühüm mövqeyi səbəbindən soyuq müharibə dönəmində də bir “dinləmə stansiyası” idi. Soyuq müharibə bitdi, lakin bu dəfə Qərb ilə İran arasında nüvə böhran daha da dərinləşərək İsrailin Tehrana qarşı hərbi müdaxiləsini gündəmə gətirdi. Bu iddialar dolaşmağa başladığında isə Bakı yenidən “casuslar meydanı” halına gəldi.
“The Times” qəzeti Bakıdakı İsrail səfirliyi yaxınlığındakı bir kafedə “Şimon” kod adlı “Mossad” (İsrail xüsusi xidmət orqanı) agenti ilə görüşərək onun fikirlərinə yer ayırıb. “Bura kəşfiyyat işinin sıfır nöqtəsidir. Buradakı varlığımız səssiz amma əhəmiyyətlidir. Son bir ildə varlığımızı daha da artırdıq. Bu bizi İrana çox yaxın edir. Bir neçə saat kənardakı İran sərhədi kəşfiyyatçılar üçün bir boz bölgəyə çevrilib. O sərhədi rahatca keçən insanlardan asanlıqla əldə edilə bilən əhəmiyyətli məlumatlar var. Sərhədə kimsə nəzarət etmir. Bizim onları izlədiyimizi anlayan iranlılardan başqa…”, -deyə “Mossad” agenti bildirib.
“The Times” daha sonra yazır ki, SSRİ dövründə inşa edilən və İranı dinləyə bilən Azərbaycanın şimalındakı Qəbələ RLS-i Rusiya tərəfindən idarə olunmaqla yanaşı, elə Rusiya tərəfindən də ayrı-ayrı ölkələrin kəşfiyyat xidmətlərinə kirayəyə verilib. İranın son zamanlar Qarabağ məsələsində Ermənistanı dəstəkləməsinə başlamaından sonra Azərbaycanla münasibətləri gərginləşib. İsrail də bundan istifadə edərək Bakıətrafı bölgədə qurduğu fabrikdə pilotsuz təyyarələrin ehtiyat hissələrinin üçdə birini istehsal etməyə başlayıb.
azadlıq.info