“Hicaba azadlıq” aksiyasında həbs olunmuş dindarlar Məmməd Əsgərov və Toğrul İsgəndərovun apelyasiya məhkəməsi fevralın 15-dək təxirə salınıb
/Aran agentliyi
“Hicaba azadlıq” aksiyasında həbs olunmuş dindarlar Məmməd Əsgərov və Toğrul İsgəndərovun apelyasiya məhkəməsi fevralın 15-dək təxirə salınıb
Prosesə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov sədrlik edib. Məhkəmənin təxirə salınmasına səbəb isə şikayətçilərdən birinin müdafiəçisi prosesə qatılmadığı göstərilib.
Qeyd edək ki, 2011-ci il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsi Məmməd Əsgərov və Toğrul İsgəndərovu 3 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli biliniblər.
Xatırladaq ki, “Hicaba azadlıq” aksiyası ötən il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər məhkum olunub.