Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun məhkəməsi keçirlib
/Aran agentliyi
Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun məhkəməsi keçirlib.
2011-ci il dekabrın 23-də Nərimanov Rayon Məhkəməsi Taleh Bağırova 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. O, Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunub.
Bakı Apellayasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədriliyi ilə keçirilən prosesdə vəkil Anar Qasımlı 3 dəqiqəlik videogörüntülərə baxılması üçün vəsatət qaldırıb. “Media forum” saytına danışan vəkil qeyd edib ki, həmin görüntülərdə Taleh Bağırovun polis əməkdaşlarına heç bir xəsarət yetirmədiyi açıq şəkildə götünür. Lakin hakim bu baxışın keçirilməsinə razı olmayıb.
Proses fevarlın 20-də davam edəcək.
Taleh Bağırov və daha 14 nəfər 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasında həbs olunublar.
mediaforum