Tarix : 2012 Feb 13
Kod 28615

Rəsmi Bakı sionist rejimin terror təşkilatı Mossad ilə əlaqələrini inkar edir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Elman Abdullayev ölkəsinin Tehrandakı səfiri Cavanşir Axundovun İran İslam Respublikası Xarici İşlər ...
/Aran agentliyi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Elman Abdullayev ölkəsinin Tehrandakı səfiri Cavanşir Axundovun İran İslam Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb rəsmi Bakının Mossad ilə əlaqələrinə dair etiraz notası almasına reaksiyada iddia edib: “Bu, absurd xarakterli bir notadır. Təbii ki, Azərbaycanla bağlı bu məlumat yalandır, həqiqətə uyğun deyil."
XİN sözçüsü iddia edib: Hesab edirik ki, bu nota Azərbaycanın bir neçə gün qabaq İrana təqdim etdiyi notasına reaksiyadır. Azərbaycan özü terrordan əziyyət çəkmiş bir ölkədir. Azərbaycan heç bir zaman ərazisində hansısa terror təşkilatının yerləşməsinə, terror fəaliyyətinin aparılmasına imkan verməyəcək. Azərbaycan İranla münasibətlərin mehriban qonşuluq səviyyəsində olmasına tərəfdardır."

Həmçinin Azərbaycan Respublikasının İsrailin terror təşkilatı Mossad ilə əlaqəsini ört-basdır etmək cəhdinə köklənmiş digər bir hərəkətdə, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənov rəsmi Bakının Mossad ilə terrorçu əməkdaşlığını dana bilməsə də deyib ki, İran hazırkı durumda qonşu ölkələrlə ehtiyatlı olmalı, ikitərəfli münasibətlərə uyğun hərəkət etməlidir”!

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Feb 13