Tarix : 2012 Feb 13
Kod 28616

Tələbələr azərbaycanlı diplomatla davranışda XİN-in yubanmasına etiraz ediblər

Tehran Universitetinin bir qrup tələbəsi bir bəyanat verərək Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci adamının təhqiramiz açıqlamasına reaksiyada İranın Xarici İşlər Nazirliyinin ...
/Aran agentliyi

Tehran Universitetinin bir qrup tələbəsi bir bəyanat verərək Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci adamının təhqiramiz açıqlamasına reaksiyada İranın Xarici İşlər Nazirliyinin gecikməsinə etiraz edib.

RəcaNews-un məlumatına görə tələbələrin bəyanatında bildirilir: Dünyada İslamın qüdrət tumurcuğunun çiçəkləndiyi bir halda xalqımız hər gün qonşu Azərbaycan Respublikasının şiə və müsəlman xalqının vəziyyətindən qeyri-münasib xəbərlər eşidir. Məscidlərin dağılması, hicab qadağası qanunun təsdiqlənməsi və icra olunması, hicab qadağası qanununa etiraz edənlərin uzun müddətli həbsləri, Hüseyn əzadarları ilə vəhşicəsinə davranış, şiələrin mənzillərinin dağıdılması və təqlid mərcələrinin risalələri və islami dua kitablarının yayılmasının qadağan olunması bu ölkədə gündəlik və adi məsələlərə çevrilib. Təəssüfləndirici və təsirləndirici haldır ki, Azərbaycan Respublikası hökuməti müsəlmanların külli miqdarda pulunu bədnam musiqi festivalının keçirilməsi üçün olan tədarüklərə xərcləyib. Bu bədnam festival fəsadlı qərb dünyasında da heç bir xoş ada malik deyil və onun homoseksuallara aid olduğuna görə bir çox ölkələr onun öz ərazisində keçirilməsindən çəkinirlər. 20% torpağı işğal altında olan hökumət işğal olunmuş ərazilərin geri qaytarılması üçün öz xalqının vətənpərvərliyi, dini qeyrəti və iradəsinə hörmətlə yanaşmaq əvəzinə bədnam musiqi festivalı keçirir və onunla fəxr edir. Bəlkə də biz tələbələr Azərbaycan Respublikasının fəsadlı hökumətinin zərərverici addımlarında qəflətdə olmasaydıq, İran İslam Respublikası Televiziya və Radio Təşkilatı nümayəndəsinin Bakı hava limanından qaytarılması, Böyük Rəhbərin Bakdakı nümayəndəliyinin ofisinə qarşı cəsarət, İmam Xomeyni (rə) İmdad komitəsinin Bakdakı nümayəndəliyinin bağlanması, İran İslam Respublikasına qarşı fitnədə Azərbaycan rəsmilərinin qərb və sionist rejimin casusluq xidmətləri ilə utanc verici əməkdaşlığı və şəhid Şəhriyari və Əhmədi Rövşən kimi şəxslərin terror olunması cinayətlərinin şahidi olmazdıq.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci adamının təhqiramiz sözləri onun ölkədən tez bir zamanda çıxarılmasında heç bir şəkk-şübhəyə yer qoymayıb. Lakin sübutlar bu təhqiramiz sözlər qarşısında zamanında reaksiyanın verilməsində İranın Xarici İşlər Nazirliyinin gecikdiyini göstərir.

  • Yazılıb
  • da (də) 2012 Feb 13