Millət vəkili söyləyib: Qətiyyən bu məsələlər İslam Şurası Məclisi tərəfindən izlənilir və millət vəkilləri bu məsələyə qətiyyətli cavab verəcəklər
/Aran agentliyi
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci rəsmisinin bu ölkə hökumətinin bayağı Eurovision müsabiqəsinin kənarında Bakıda homoseksualların paradının keçirilməsini dəstəkləməsi ilə bağlı açıqlaması kəskin reaksiyalara səbəb olub.
Bulleten-News-un məlumatına görə, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Qafarov bir müddət öncə Tehran Universitetində keçirilən toplantıda Bakıda Eurovision mahnı müsabiqəsində homoseksualların paradının keçirilməsini qeyd edib və bu barədə deyib: Geylərin karnavalının keçirilməsi də homoseksualların bu respublikaya axınına səbəb olacaq və Eurovision mahnı müsabiqəsinə xərclənən yüz milyonlarla dollar vəsaitin bir hissəsinin əvəzi çıxılacaq.
İslam Şurası Məclisində Bircəndin millət vəkili Hüseyn İbrahimi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci adamının Bakıda geylərin paradını dəstəkləməsinə reaksiya verərək deyib: Əgər bu məsələlər doğru olarsa, onun fəsadlı olmasında şübhə yoxdur.
Hüseyn İbrahimi İranda İslam Respublikası quruluşunun hakimiyyətinə toxunaraq bildirib: İran pak və müqəddəs diyardır və islam qanunları ona hakimdir. Belə şəxslər fəsadlı ideyalarla müsəlman Azərbaycan Respublikasının diplomatik yerini Tehranda işğal etməməlidirlər.
Belə bir diplomata malik olmağın Azərbaycanın şənində olmadığını söyləyən İbrahimi deyib: İslam Şurası Məclisi bu hərəkətlər qarşısında sükut etməyəcək.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədr əvəzedicisi də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci adamı İbrahim Qafarovun sözlərinin kəskin və mənasız olduğunu vurğulamaqla yanaşı deyib: Əgər azərbaycanlı diplomatın homoseksual olması və Tehran Universitetindəki mənasız sözləri sübut olunarsa, Xarici İşlər Nazirliyi öz qətiyyətli addımı ilə elə şəkildə əməl etməlidir ki, heç kimin homoseksuallığı azadlıq və demokratiyanın müdafiə olunması istiqamətində irəli sürməyə cürəti çatmasın.
Millət vəkili söyləyib: Qətiyyən bu məsələlər İslam Şurası Məclisi tərəfindən izlənilir və millət vəkilləri bu məsələyə qətiyyətli cavab verəcəklər.
Rus dilli News.ru saytı 9 fevral 2012-ci il tarixində Rusiyanın Əfqanıstandakı məlumatlı mənbələrindən birinə istinadən bildirib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci adamı olan İbrahim Qafarov homoseksuallıq meylləri ilə bağlı qalmaqallı keçmişə malikdir.
Bu rus mənbəyi xatırladıb: İbrahim Qafarov 2008-ci ildə Əfqanıstanda Azərbaycan Respublikasının nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib. O, Əfqanıstanda NATO qüvvələri kənarında azərbaycanlı qüvvələrin iştirakına baxmayaraq bu ölkədə olan amerikalı hərbçilərlə çoxlu əlaqəyə malik olmuşdur. Qafarov Əfqanıstanda olan bəzi qərb ölkələrinin diplomatik dairələrində ABŞ-ın hərbi attaşesi ilə homoseksuallıq əlaqələrində ittiham olunurdu. Maraqlıdır ki, bu şayiə onun diplomatik vəzifəsinin Əfqanıstanda qəfildən sona çatması ilə bitdi. Belə ki, Əfqanıstanın Xarici İşlər Nazirliyinin bir işçisi İbrahim Qafarovun onun 14 yaşlı oğluna təcavüz etməsi ilə bağlı nazirliyə şikayət ərizəsi təqdim edir. Əfqanıstanın Xarici İşlər Nazirliyinin araşdırmaları nəticəsində Qafarovun bu qeyri-əxlaqi hərəkəti Əfqanıstan və Azərbaycan Respublikası əlaqələrində ciddi qalmaqala səbəb olacaq təhdid sayılırdı. Bu da səbəb oldu ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi böyük rüsvayçılığın qarşısını almaq məqsədilə dərhal Qafarovun Əfqanıstandakı missiyasına son qoydu və onun fars dilini bildiyini nəzərə alaraq mətbuat katibi kimi Tehrana ezam etdi.