İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi kəskin bir reaksiyada sionist İsrail rejiminin Hindistan və Gürcüstan səfirliklərinə ...
/Aran agentliyi
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi kəskin bir reaksiyada sionist İsrail rejiminin Hindistan və Gürcüstan səfirliklərinə hücumda İranın müdaxiləsi ilə əlaqədar sionist rejimin ittihamını təkzib və məhkum edib və deyib ki, bu ittihamlar psixoloji müharibə çərçivəsində həyata keçirilir.
Ramin Mehmanpərəst bazar ertəsi gecə əl-Aləm xəbər telekanalına verdiyi müsahibədə "Bütün terror aktını pisləyirik" deyərək bildirib: İran terrorizmin ən böyük qurbanıdır və ittiham barmağı terror hərəkətlərini və sionist rejimi açıq-aşkar şəkildə dəstəkləyə bir çox ölkələrə doğru tuşlanmalıdır.
"Bu ölkələr izah etməlidirlər ki, nə üçün İranda və məntəqənin digər ölkələrində terror qruplarının cinayətlərini müdafiə edərək dəstəkləyiblər, hətta bu qrupların adlarını terrorçular siyahısından çıxarıblar" –deyə Mehmanpərəst bildirib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, terror, cinayət və işğal əsasında qurulmuş sionist rejim terror aktlarında əsas ittihamdır və terrorun kökünün bir beynəlxalq hərəkətdə qurudulmasına inanırıq.