Tarix : 2012 Feb 14
Kod 28634

Bakıda İRİB nümayəndəliyinin avtomobilinə rəng səpilib

Azərbaycan Respublikasında qərəzli dairələr azad informasiyanın çatdırılmasına qarşı öz inadlarını bu dəfə İranın Televiziya və Radio Təşkilatının ...
/Aran agentliyi

Azərbaycan Respublikasında qərəzli dairələr azad informasiyanın çatdırılmasına qarşı öz inadlarını bu dəfə İranın Televiziya və Radio Təşkilatının Bakıdakı nümayəndəliyinin avtomobilinə rəng səpməklə nümayiş etdiriblər.

Azərbaycan Respublikasının İran qurumlarına, o cümlədən Televiziya və Radio Təşkilatının Bakıdakı nümayəndəliyinə qarşı qeyri-qanuni təzyiqlərinin davamında "naməlum" bir şəxs İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin avtomobilinin üzərinə qırmızı boya səpib.

Bu məlumat əsasən, "halı məlum naməlum" elə bir şəraitdə Bakının Xətai prospektində və cəmiyyətin izdihamlı kütləsinin arasında qeyd olunan avtomobilin üzərinə qırmızı boyanı səpib ki, polis və park gözətçisi hadisə yerində olub.

"Naməlum" şəxs qırmızı boyanı səpdikdən sonra hər növ məlumatın verilməsi ilə bağlı hadisə yerindən keçənləri təhdid edərək tərk edib.

Azərbaycan Respublikasının anti-İran hərəkətləri, o cümlədən İranın nüvə alimlərinin terror olunmasında Mossadla rəsmi Bakının əməkdaşlığı, eləcə də İranın Teleradio Təşkilatının nümayəndəliyinə qarşı qeyri-qanuni təzyiqlərinə reaksiya olaraq İranın Xarici İşlər Nazirliyi bu ölkənin Tehrandakı səfirini nazirliyə çağırtdıraraq İranın qurumlarına qarşı qeyri-qanuni təzyiqlərin davam etməsinə kəskin etirazını bildirdi və xəbərdarlıq etdi. Bu hadisə həmin etiraz notasından iki gün sonra baş verib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun 3-4 dekabrda İrana səfəri zamanı iki ölkə misli görünməmiş şəkildə media əməkdaşlıqlarının genişləndirilməsi istiqamətində müştərək media komitəsinin təşkil olunması barəsində anlaşma əldə etdilər. Lakin bu anlaşmadan dərhal və Həsənov Bakıya qayıtdıqdan sonra, iki ölkənin konstruktiv media əlaqələrinə müxalif dairələr İranın Televiziya və Radio Təşkilatının Bakıdakı ofisinin işçilərinin deportasiya olunması kimi təxribatçı hərəkətlərə əl atdılar. Son gülünc hərəkət də bu gediş istiqamətindədir. Halbuki Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi kimi Tehrana səfər edən Əli Həsənov Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi kimi Tehranda demişdi ki, iki ölkənin media əlaqələri əvvəlkindən daha yaxşı olacaq.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Feb 14