Tarix : 2012 Feb 14
Kod 28636

Bakı Tehranın səbir kasasını daşırdır

Siyasi müşahidəçilərin qənaətinə görə, Azərbaycan Respublikasının Tehrandakı səfirinin İsrail rejiminin Mossad casusluq təşkilatının İranın nüvə alimlərinin terror edilməsində ...
/Aran agentliyi

 

Siyasi müşahidəçilərin qənaətinə görə, Azərbaycan Respublikasının Tehrandakı səfirinin İsrail rejiminin Mossad casusluq təşkilatının İranın nüvə alimlərinin terror edilməsində Azərbaycan Respublikası ərazisindən istifadə etməsinə etiraz olaraq İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırtdırılması, İrana qarşı fəaliyyətlərində Bakının Təl-Əviv rejimi ilə əməkdaşlıq etmək kimi məntiqsiz hərəkəti qarşısında Tehranın səbir kasası artıq dolub, daşmasından xəbər verir.
Bakı ötən illər ərzində İsrail rejimi ilə kənd təsərrüfatı, mədəni, ticarət, neft ixracı, turizm və bu kimi adi münasibətlərə malik olduğunu qələmə verməyə çalışıb. Sionist rejim də "Maşav" layihəsi çərçivəsində müxtəlif proqramlar həyata keçirməklə bu əlaqələri adi qəlmə verməyə çalışıb. Hətta, Maşav layihəsinin görünməyən gizli cəhətlərinin müəyyən cəhətlərinə Beynəlxalq Səhər Kanalı tərəfindən aydınlıq gətirildiyi zaman Bakı siyasi-təbliğat qalmaqalı və hay-küyü qaldırmaqla, çalışdı ki, Maşav layihəsi adı altında Azərbaycan Respublikasına edilən xəyanətlərin Səhər kanalı tərəfindən ifşa edilməsini təsir altına alsın. O zaman Maşav layihəsində İsrail rejimi ilə əməkdaşlıq edən xəyanətkarlar Səhər kanalına qarşı əxlaqsız ifadələrdən istifadə etməklə çalışdılar ki, Azərbaycan Respublikasının müsəlman xalqına etdikləri xəyanəti və İsrail rejiminin casusluq-təxribatçılıq Mossad təşkilatı ilə əməkdaşlıqlarını gizlətsinlər. Amma, indi bu ifşaçılıdan 2 il sonra Bakının sionist rejimin təxribatçı-casusluq Mossad təşkilatı ilə əməkdaşlıqları haqda yeni faktlar üzə çıxmağa başlayıb. Bir müddət öncə İranın nüvə alimlərindən olan Şəhid Şəhriyarinin terror edilməsində Mossadın çirkin planının icraçısı olan Camal Fəşinin mühakiməsi zamanı, Camal Fəşi etiraf etdi ki, Bakı vasitəsi ilə Mossad amilləri ilə əlaqə qurub və Heydər Əliyev adına Beynəlxalq Hava Limanından pasportuna çıxış və giriş möhrü vurulmadan Mossad amilləri tərəfindən işğal altında olan Fələstinə aparılıb və orada İranın nüvə alimlərini terror etmək üçün lazımı təlimləri keçib.
Bundan başqa, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən guya İrana bağlı bir terror dəstəsinin aşkar və üzvlərinin həbs edilməsi ilə bağlı yeni gülünc ssenarisinin ardınca aydın oldu ki, bu ssenari MTN tərəfindən İsrail rejiminə və Mossad təşkilatına xoş xidmət olsun deyə uydurulub. Bu qondarma ssenari istər ölkə daxilində istərsə də xaricdə heç də inandırıcı qəbul edilmədiyi bir şəraitdə, sionist rejimin başçısı Şimon Peres Davos iclasının kənarında Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşdə İrana qarşı bu gülünc ssenariyə görə, ona təşəkkür etdi.
İsrail rejiminin İran İslam Respublikasına qarşı öz təxribatçılıq planlarının icrasında Azərbaycan Respublikası ərazisindən istifadə etməsi haqda aşkar nümunələrə misal olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi rəsmilərinin terrorçu PJAK və Münafiqlər qruplaşmalarının başçıları ilə görüşlərinin ardınca aydın oldu ki, İsrail rejimi ilə aşkar əməkdaşlığa malik olan və keçmişdə Naxçıvan ərazisindən İrana qarşı fəaliyyət göstərən bu qruplaşmalar indi də Azərbaycan Respublikasının mərkəzində öz fəaliyyət dairələrini genişləndirməyə başlayıblar. Qeyd etmək lazımdır ki, dəqiq kəşfiyyat məlumatlarına əsasən,  İranın nüvə alimlərindən olan Mustafa Əhmədi Rövşənin terror edilməsində istifadə edilən bomba sionist rejimin təxribatçı-casusluq Mossad təşkilatı tərəfindən PJAK qruplaşmasının ixtiyarına verilibmiş. Və daha sonra bu qruplaşma da həmin bombanı terror amillərinə təhvil verib. Həmçinin, İran İslam Respublikası rəsmilərini və sivil insanları terror etmək üçün sionist rejimin casusluq, təchizat və informasiya dəstəyindən yararlanan PJAK qruplaşması Azərbaycan Respublikasında öz amillərini yerləşdirib. Belə ki, təqribən 2 il öncə ANS telekanalı İrana qarşı qarapiyar təbliğat məqsədi ilə hazırladığı bir reportajda bilmədən bu çirkin gerçəkliyi etiraf etmiş oldu. Bütün bu faktların kənarında Azərbaycan Respublikası MTN-i rəsmilərinin terrorçu Münafiqlər qruplaşması ünsürləri ilə gizli görüşlər həyata keçirmələri İranın diqqətindən kənarda qala biləcək məsələlərdən deyil.
Əgər keçmişdə İran İslam Respublikası hökuməti Bakının anti-İran hərəkətləri qarşısında anlayış və güzəştə əsaslanan mövqe sərgiləyirdisə, hazırda bu rəftarlar o qədər genişlənib ki, artıq İran İslam Respublikasının daxilində ümumi fikir Bakının İrana qarşı bu düşmənçilik rəftarları, həqiqətdə isə Bakının İrana qarşı düşmənçilik rəftarlarında ABŞ və İsrail rejiminin əlində bir vasitəyə çevrilməsi qarşısında bundan artıq anlayış və güzəştin edilməsini qəbul etmir. Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundovun İranın Xarici İşlər Nazirliyinə çağırtdırılması da həqiqətdə, Bakının anti-İran rəftarlarda ABŞ və İsrail rejiminin əlində bir vasitəyə çevrilməsinə etiraz olaraq İran xalqının haqlı tələblərinə geçikmiş cavab hesab etmək olar.
Çünki, İran xalqı Azərbaycan Respublikası ilə dərin tarixi, mədəni və  dini ortaqlıqlara malik olduğunu nəzərə alaraq, bu qardaş ölkənin İsrail rejiminin arxa bağçasına çevrilməsini yox, sionistlərin tamahkarlıqları qarşısında möhkəm dayanıb, müqavimət göstərməsini gözləyir. Çünki, keçmiş təcrübələr sübut edib ki, İsrail rejimi və onun təxribatçı Mossad təşkilatının iştirakı hansı ölkə və regionda olmasından asılı olmayaraq, böhran yaradıcı olub və sonda günahsız insanların öldürülməsi, qətl və cinayət ilə nəticələnib.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Feb 14