Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən anti-İran məqalələrin yazılması və dərc olunması vəzifəsini icra edən rəsmi Bakının qeyri-rəsmi bir sözçüsü Azərbaycan ...
/Aran agentliyi
Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən anti-İran məqalələrin yazılması və dərc olunması vəzifəsini icra edən rəsmi Bakının qeyri-rəsmi bir sözçüsü Azərbaycan Respublikası ərazisindən İrana qarşı Mossadın istifadəsi ilə bağlı İranın etirazına məntiqsiz reaksiyada Azərbaycan Respublikası ilə İran arasında viza rejimi qanunlarının gücləndirilməsini təklif edib!
Son bir il ərzinə Azərbaycan Respublikası Prezident Administrasiyasının anti-İran məqalələri yazmaq üçün icarəyə götürdüyü Mübariz Əhmədoğlu Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundovun İranın Xarici İşlər Nazirliyinə çağırılmasına qarşı öz son məntiqsiz məqaləsində İrana qarşı Azərbaycan Respublikası ərazisindən təxribatçı Mossad təşkilatının sui-istifadəsi ilə bağlı İranın etirazına rəsmi Bakının narazılığını bildirib.
Azərbaycan Respublikası hökumətinin bu qeyri-rəsmi sözçüsü təklif edib ki, İrana qarşı Azərbaycan Respublikasının ərazisindən sionist rejimin təxribatçı təşkilatının istifadə etməməsi üçün iki ölkə arasında viza rejimi gücləndirilməlidir.
Mübariz Əhmədoğlu Mossad terrorçularının Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsi ilə işğal olunmuş Fələstinə gediş-gəlişlərini əsaslandırmağa çalışaraq yazıb: "Rəsmi Tehran əgər öz vətəndaşlarına etibar etmirsə, Azərbaycan Respublikasına gəlib-gedən vətəndaşlarından şübhələnirsə, bunun sadə həlli var: viza rejiminin sadələşdirilməsi əvəzinə, viza rejiminin sərtləşdirilməsi məsələsini rəsmi Bakıdan xahiş etmək olar. İranın dövlət məmurları hansı sayda adamlarının gediş-gəlişinə nəzarət edə bilirlərsə, o sayda da öz vətəndaşlarını sərhəddən buraxsınlar!"
Qeyd etmək lazımdır ki, sionist rejimin terrorçu Mossad təşkilatının ünsürü Cəmali Fəşi öz məhkəməsində etiraf edib ki, Bakıda Heydər Əliyev Beynəlxalq Hava limanı vasitəsi ilə işğal olunmuş Fələstinə aparılmış və İranın nüvə alimlərindən biri şəhid Şəhriyarinin terroru üçün lazımi təlimləri keçmişdir.
Siyasi müşahidəçilər bildirirlər ki, Azərbaycan Respublikası ərazisindən sionist rejimin sui-istifadəsinin qarşısının alınmasında rəsmi Bakının açıqlama verməsi, üzrxahlıq etməsi öhdəlik götürməsi yerinə Mübariz Əhmədoğlu kimi zəif məqalə yazarları tərəfindən belə yaraşmaz sözlərin yayılması mümkündür ki, mövcud vəziyyəti daha da gərginləşdirsin.