NATO-nun baş katibi özlərini təmizə çıxarmaq üçün Türkiyə hökumətini ''baqaja qoydu''
/Aran agentliyi
İslamazeri.az İnternet Qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə gündəmində son günlərdə geniş müzakirə mövzusuna çevrilmiş Raket Əleyhinə Müdafiə Sistemi məsələsi barədə daha bir sensasion açıqlama səslənib.
NATO-nun baş katibi Andrers Foq Rasmussen, Türkiyə hökumətinin RƏM sistemini öz ölkəsində istəmədiyi və bunun Türkiyəyə zorla qəbul etdirildiyi barədə səsləndirilən fikirlərə qarşı açıq şəkildə bildirib ki, "Raket Əleyhinə Müdafiə Sisteminin Türkiyədə yerləşdirilməsi ilə bağlı təklif rəsmi Akaradan gəlib."
Qeyd edək ki, Türkiyədə AKP təsir dairəsində olan KİV-lər ictimaiyyəti inandırmağa çalışırlar ki, Türkiyədə RƏM qalxanının yerləşdirilməsi və bundan İsrailin istifadə etməsini əslində hökumət istəməyib, lakin NATO üzvü olduğu üçün bunu etməli olub.