Tarix : 2012 Feb 15
Kod 28653

Ruhani Fəramiz Abbasovun oğlu da həbs edildi

Dünən Bakı Apellyasiya Məhkəməsində, Masallı ruhanisi Fəramiz Abbasovun oğlu Emin Abbasovun həbs edilməsi ilə bağlı Nəsimi rayon Prokurorluğunun protestinə baxılıb
/Aran agentliyi

 

Dünən Bakı Apellyasiya Məhkəməsində, Masallı ruhanisi Fəramiz Abbasovun oğlu Emin Abbasovun həbs edilməsi ilə bağlı Nəsimi rayon Prokurorluğunun protestinə baxılıb. Qeyd edək ki, E. Abbasov atasının cinayət işi üzrə dindirilən şahid Əlihüseyn Kərimova təzyiq göstərməkdə, onu döyüb, xəsarət yetirməkdə ittiham edilir.

Onun barəsində Nəsimi rayon Polis İdarəsində 15 sentyabr 2011-ci ildə cinayət işi başlayıb və araşdırma aparılıb. Bu ilin fevralın 3-də Nəsimi rayon Prokurorluğu Emin Abbasovun barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı rayon məhkəməsinə şikayət edib. Lakin Nəsimi rayon Məhkəməsi prokurorluğun təqdimatını əsassız hesab edib və E. Abbasovun həbs edilməməsinə qərar verib. Prokurorluq isə onun tutulması üçün apelyasiya protesti verib.

Dünən Bakı Apelyasiya Məhkəməsində, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi rayon Məhkəməsinin qərarı ləğv edilib. Yeni çıxarılan qərara əsasən, E. Abbasovun barəsində 1 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilərək, Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına aparılıb.

Bizim Yol

 

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Feb 15