Tarix : 2012 Feb 15
Kod 28660

Böyük Rəhbər Azərbaycan əhalisi ilə görüşüblər

29 bəhmən, 18 fevral Təbriz əhalisinin zalım şah rejiminə qarşı qiyamının ildönümü ərəfəsində bu gün İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Şərqi Azərbaycanın ...
/Aran agentliyi

29 bəhmən, 18 fevral Təbriz əhalisinin zalım şah rejiminə qarşı qiyamının ildönümü ərəfəsində bu gün İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Şərqi Azərbaycanın minlərlə alim, ziyalı, mədəniyyət xadimi, ictimai xadimi və rəsmiləri də daxil olmaqla müxtəlif təbəqələrdən olan xalq nümayəndələri ilə görüşüblər.
Bu görüşdə Həzrət Ayətullahülüzma Xamenei Azərbaycan, xüsusilə Təbrizin ötən yüz ildə İranda cərəyan edən proses və hadisələrindəki yeri və roluna toxunaraq buyurublar: Səttarxan və Baqırxan kimi Təbrizin qəhrəman və tanınmış şəxsiyyətlərinin önəmli xüsusiyyəti iman, din istiqamətində hərəkət və din alimlərinin ardıcılı olmaq olmuşdur.

1356-cı il 29 bəhməndə (1978-ci il 18 fevralda) Təbriz əhalisinin zalım şah rejiminə qarşı qiyamının ildönümü ərəfəsində baş tutan bu görüşdə İslam İnqilabının Böyük Rəhbəri İslam İnqilabının önəmli hadisələrini, zirvələr və məqsədlərə doğru hərəkətdə önəmli əsaslar və elmə yiyələnmək sayıblar.

İran xalqının 22 bəhmən (11 fevral) möhtəşəm yürüşünə toxunan Böyük Rəhbər əlavə ediblər: Bu il hamı ölkədə 22 bəhmən yürüşündə xalqın iştirakı ötən illərlə müqayisədə daha geniş miqyaslı və möhtəşəm olduğunu qeyd edir. Lakin önəmli sual budur ki, nə üçün bu il belə möhtəşəm iştirakın şahidi olduq?

Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: Bu sualın cavabı xalqın misli görünməmiş uzaqgörənlik və mövqe tanımasından başqa bir şeyə aid deyil. Çünki İran xalqı bu il hiss etdi ki, ölkə, quruluş və islam bu iştiraka ehtiyaclıdır.

İranın 850 şəhərində 22 bəhmən yürüşündə xalqın möhtəşəm və geniş iştirakı barəsində dəqiq məlumatlara toxunan Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: Bu İran xalqıdır. Bu xalq belə uzaqgörənlik, mövqe tanımaq və səhnədə iştirakla məğlub olmayacaq.

"İran xalqının 22 bəhmən yürüşündəki möhtəşəm iştirakının müraciətini almalı olanlar aldılar və öz sərxoş və zədələnmiş beyinlərində xəyallar uyduranlar anladılar ki, İranda nə baş verir və İranın qəhrəman xalqı hansı formada səhnədə iştirak edir" –deyə Böyük Rəhbər bildiriblər.

İran xalqının əzəmətli iştirakı və həqiqətin əks olunmaması üçün zülm cəbhəsinin təbliğat aparatlarının səyinə toxunan Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Məlumat və xəbərlərin azadlığı iddiasında olanlar bu yürüşə aid xəbərləri senzura etdilər və Tehrandakı milyonlarla insanın iştirakı ilə keçirilən yürüşü minlərlə , ölkənin on milyonlarla olan iştirakını isə yüz minlərlə iştirakçı elan ediblər.

"Düşmən İslam İnqilabının qələbəsinin əvvəlindən həmişə yalançılıq, saxtakarlıq, aldatma kimi müxtəlif üsullarını işlədib. Lakin bir xalqın sədaqətli müraciəti ürəkdən gəldiyi zaman öz işini görəcək və iştirak, inqilabçılıq və ciddi əzmkarlıqla hərəkət hissi yazın xoş havası kimi hər yerdə üzünü göstərəcək və hamı ondan faydalanacaq" –deyə Böyük Rəhbər bildiriblər.
Həzrət Ayətullahülüzma Xamenei söyləyiblər: Bu həqiqətin açıq-aşkar nümunəsi Şimali Afrika, ərəb ölkələri islam dünyasının son prosesləri və İran xalqının bir gün məzlumluqla fəryad etdiyi şüarları özündə ehtiva etməsində müşahidə olunur.

Böyük Rəhbər islam məktəbi və İslam İnqilabının qələbəsinə aid və ondan sonrakı hadisələrdə Azərbaycan və Təbriz alimləri və əhalisinin yaradıcı roluna toxunaraq xatırladıblar: 5 mehrab şəhidi arasından 2 mehrab şəhidinin təqdim olunması, Müqəddəs Müdafiə dövründə şücaət, Aşura qəhrəmanlığı və düşmən ordusunun sırasını dağıtmaq Azərbaycan əhalisinin parlaq və tanınmış gündəliyində olan nümunələrdəndir.

Bu görüşün əvvəlində Vəliyyi Fəqihin Təbrizdəki nümayəndəsi və imam cüməsi Ayətullah Müctehid Şəbistəri 1356-cı ildə 29 bəhmən qiyamını yad edərək İslam İnqilabının müxtəlif səhnələrində Azərbaycan əhalisinin öncüllüyünə toxunub və deyib: Azərbaycanın qeyrətli və uzaqgörən əhalisi 12 isfənd (3 mart) seçkilərində də unudulmaz qəhrəmanlığı yaradacaq.

  • Yazılıb
  • da (də) 2012 Feb 15