Tarix : 2012 Feb 15
Kod 28661

İran-Azərbaycan sərhəddi dəqiq nəzarət altındadır

Azərbaycan rəsmilərinin ikitərəfli görüşlərdə bu məsələni dəfələrlə təkzib etmələrinə baxmayaraq, bu o demək deyil ki, biz sərhədlərimizə nəzarətə az diqqət yetirməliyik
/Aran agentliyi

İran İslam Respublikası hüquq mühafizə orqanlarının sərhəd komandanı deyib: Azərbaycan Respublikası rəsmiləri Mossadın bu ölkədəki iştirakını təkzib edirlər. Lakin bu o demək deyil ki, biz öz sərhədlərimizə nəzarətə az diqqət yetirək.

General Hüseyn Zülfüqari çərşənbə günü mətbuat konfransında Mossad başçılarının onların Azərbaycan sərhədi vasitəsi ilə İrana girişi ilə əlaqədar açıqlamaları barəsində bildirib: Azərbaycan rəsmilərinin ikitərəfli görüşlərdə bu məsələni dəfələrlə təkzib etmələrinə baxmayaraq, bu o demək deyil ki, biz sərhədlərimizə nəzarətə az diqqət yetirməliyik. İranın şimal-qərb, o cümlədən Azərbaycan sərhədlərində tikanlı məftillər, elektronik və optik təchizatların quraşdırılması ilə sərhədlərin möhkəmləndirilməsi davam edir.

Hüquq Mühafizə orqanlarının sərhəd qoşunlarının komandanı ötən 48 saatda şər qüvvələrlə toqquşmada 700 kq narkotik maddənin aşkarlanaraq götürüldüyünü bildirib və deyib: Bu əməliyyatların önəmli məsələlərindən biri budur ki, heç bir sərhəd qüvvəsi yaralanmadı və yaxud şəhid olmadı.

  • Yazılıb
  • da (də) 2012 Feb 15