Cinayətkar sionist İsrail rejiminin başçısı Şimon Peres Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Davosda baş tutan son görüşdə ona tövsiyə edib ki...
/Aran agentliyi
Cinayətkar sionist İsrail rejiminin başçısı Şimon Peres Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Davosda baş tutan son görüşdə ona tövsiyə edib ki, cari ildə Azərbaycan Respublikasının sionist rejim yanında səfirliyini yaratsın.
Məlumatlı bir mənbənin Beynəlxalq Səhər telekanalına verdiyi məlumata əsasən, Şimon Pereslə İlham Əliyevin Davosda baş tutan görüşünün məzmunundan məlumatı olan həmin mənbə deyib: Peres bu görüşdə İlham Əliyevi Azərbaycan Respublikasının İsraildə səfirliyini açmağa təşviq edib və bu addımı, İsrailin yanında səfirliyin açılmasından çəkinməsi üçün xarici təzyiqlərin təsirini qəbul etməmək və xarici siyasətdə onun müstəqilliyi və şücaətinin nişanəsi sayıb.
Bu məlumatlı şəxsin bildirdiyinə görə, İlham Əliyev də Peresə deyib ki, Azərbaycan Respublikası ilə İsrailin münasibətlərindəki mövcud istiqamət və proseslərin gedişi Azərbaycan Respublikası hökumətini işğal olunmuş Fələstində öz səfirliyini açmağa doğru yaxınlaşdırır. Lakin rəsmi Bakı bu gedişin tam təbii şəkildə formalaşmasına çalışır!
Qeyd etmək lazımdır ki, Şimon Peres həmin görüşdə Azərbaycan Respublikasında yəhudi təlim mərkəzində bir müəllimin terror olunması amillərinin aşkarlanması ilə bağlı İranın ittiham olunduğu "ssenari"yə görə İlham Əliyevi alqışlayıb.