Tarix : 2012 Feb 15
Kod 28664

İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri avtomobilə boyanın səpilməsinə reaksiya verib

İran İslam Respublikasının Azərbaycan Respublikası ilə müştərək media komitəsindəki nümayəndəsi İranın Televiziya və Radio Təşkilatının Bakıdakı nümayəndəliyinin avtomobilinə boyanın ...
/Aran agentliyi

İran İslam Respublikasının Azərbaycan Respublikası ilə müştərək media komitəsindəki nümayəndəsi İranın Televiziya və Radio Təşkilatının Bakıdakı nümayəndəliyinin avtomobilinə boyanın səpilməsinə reaksiya verib: Bu hərəkət ehtimal üzrə Tehran və Bakının media əməkdaşlıqlarının genişlənməsindən nigaran olan dairələr tərəfindən həyata keçirilib.
İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri Əhməd Kazimi Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi cənab Əli Həsənovun 3 dekabr Tehran səfərində iki ölkənin müştərək media komitəsinin təşkil olunması ilə əlaqədar önəmli razılaşmalar əldə olunduğuna toxunaraq bildirib: Tehran və Bakının dostluq münasibətlərinə müxalif dairələr bu razılaşmaların icra olunmasından nigarandırlar.

İran və Azərbaycan Respublikasının münasibətlərində mediaların əvəzsiz roluna toxunan Əhməd Kazimi deyib: Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Tehrandan qayıtdıqdan sonra qərəzli dairələr mənfi hərəkətlərlə çalışdılar ki, müştərək media komitəsinin toplantılarının təşkil olunmasına mane olsunlar.

Azərbaycan Respublikası prezidentinin Əjdər Bəy məscidinin təmir olunmasını dəstəkləməsi barəsində İran televiziya kanallarından reportaj yayımlandıqdan bir gün sonra İranın Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin avtomobilinə boyanın səpildiyini qeyd edən Kazimi deyib: İran və Azərbaycan Respublikasının münasibətlərinə müxalif dairələr Azərbaycan Respublikasının hörmətli prezidentinin məscidlərin təmir olunmasına diqqətinin İran telekanallarında əks olunmasından narahatdırlar.

  • Yazılıb
  • da (də) 2012 Feb 15