Tarix : 2012 Feb 15
Kod 28665

Fransada Hicab qadağası genişlənir

Dini simvollardan istifadə etmə qadağası daha geniş sahəni əhatə edəcək
/Aran agentliyi

Dini simvollardan istifadə etmə qadağası daha geniş sahəni əhatə edəcək

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Fransa məclisi, ilk və orta dərəcəli məktəblərdəki hicab qadağasının sahəsini genişləndirmək üçün hazırlaşır.

Məclisin gündəminə gələn qanun təklifi, məktəblərə dini simvol və işarələrlə gedilməməsi mövzusundakı qadağanın məktəb bufetlərində işləyənlərə, əsas və hətta bələdiyyə məktəblərinə tətbiq edilməsini nəzərdə tutur.

Qeyd edək ki, qanun təklifini Senatdakı radikal sol partiya senatoru Francoise Laborde verib. Xatıladaq ki, Fransa parlamenti, 2004-cü ildə dini simvol və simvollarla məktəbə gedilməsinə qadağan edən qanunu təsdiqləmişdi.  

  • Yazılıb
  • da (də) 2012 Feb 15