Sərhədsiz Reportyorlar” dünya mediası və “Eurovision” heyətini hakimiyyət üzərinə səfərbər edir
/Aran agentliyi
Mərkəzi ofisi Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı dünya mediasına bu il “Eurovision” musiqi yarışmasının keçiriləcəyi Azərbaycan barədə daha çox tənqidi materiallara yer verməklə bağlı çağırış edib. Təşkilatın təmsilçisi Mixail Rediske Berlində verdiyi açıqlamasında bildirib ki, “Eurovision” təşkilatçıları yarışmanın qeyri-siyasi tədbir olduğunu iddia edir. Halbuki, yarışma bu il qeyri-azad, araşdırma reportajların hazırlanmasının mümkün olmadığı, sərbəst məlumat yaymağa imkan verilmədiyi, tənqidçi jurnalistlərin təhdid edildiyi ölkədə keçiriləcək.
“Eurovision”un münsiflər heyəti, təşkilatçılar, müğənnilər və başqaları birlikdə Azərbaycanda insan haqlarının kəskin şəkildə məhdudlaşdırılmasına etirazlarını bildirməlidir”, - deyə Miaxil Rediske çağırış edib.
Xatırladaq ki, “Sərhədsiz Reportyorlar” təşkilatı başda Ilham Əliyev olmaqla, Azərbaycan hakimiyyətini azad mətbuatın düşmənləri sırasına daxil edib. Təşkilat Azərbaycanda söz azadlığı və insan haqlarının məhdudlaşdırılmasına, vətəndaşların siyasi baxışlarına görə təqib olunmasına görə rəsmi Bakını günahlandırır. “Sərhədsiz Reportyorlar” Ictimai Palatanın ötən ilin mart-aprel aylarında Bakının mərkəzində keçirdiyi dinc etiraz aksiyalarında iştiraka görə həbs olunan müxalif fəalların azadlığa buraxılmasını dəfələrlə Azərbaycan hakimiyyətindən tələb edib.
Azadliq