Tarix : 2012 Feb 18
Kod 28689

Rəsmi Bakı terrorlarda iştirakı təsdiqi edir

İran alimlərinin terror olunmasında rəsmi Bakının Mossadla əməkdaşlığının aşkar olunmasına reaksiya verən Azərbaycan Respublikası parlamentinin ...
/Aran agentliyi

İranın nüvə alimlərinin terror olunmasında Mossad casusluq təşkilatı ilə Azərbaycan Respublikası hökumətinin əməkdaşlığına etiraz olaraq Azərbaycan Respublikasının Tehrandakı səfirinin İranın Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilməsindən 4 gün sonra bu respublika parlamentinin 2 deputatı təhqiramiz açıqlamalarda bu məsələnin doğruluğunu göstəriblər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İran alimlərinin terror olunmasında rəsmi Bakının Mossadla əməkdaşlığının aşkar olunmasına reaksiya verən Azərbaycan Respublikası parlamentinin millətçi deputatı Fərəc Quliyev bu məsələni təkzib etmədən deyib: İrana qarşı ciddi addımlar atmalıyıq.

Milli Məclisdə Yeni Azərbaycan partiyasının deputatı Zahid Oruc da İranın etirazını pisləyərək Azərbaycan Respublikasının sionist İsrail rejimi ilə münasibətlərini dəstəkləyib.

Azərbaycan Respublikası hökumətinin bir məmuru da açıq-aşkar yaramaz bir hərəkətdə İranın Bakıdakı səfirliyinə aid avtomobillərdən birinin üzərinə polis və park gözətçisinin də hadisə yerində olduğu bir halda böyük bir qab boya səpib və hadisə yerini tərk edib.

İranla daha çox ortaqlığı və əksəriyyətini bu ölkəyə meylli şiələr təşkil edən Azərbaycan Respublikası son aylar ərzində İrana qarşı onlarla addım nümayiş etdirməklə, hətta İranın barışmaz düşmənlərini belə geridə qoyub.

Bu elə bir haldadır ki, ötən il İranın nüvə alimi şəhid Əli Məhəmmədini terror edən Cəmali Fəşi televiziya kamerası qarşısında etiraf etdi ki, Bakıda Mossad casusları tərəfindən cəlb olunaraq təlim keçmişdir. Son vaxtlar da İranın digər bir nüvə alimi şəhid Mustafa Əhmədi Rövşənin terror olunmasında Bakının Mossadla əməkdaşlığı barəsində xəbərlər yayımlanıb.

Son illər ərzində özünü regionda demokratiyanın öncülü hesab edən Azərbaycan Respublikası hökuməti paytaxt Bakını, terrorçu PKK, Pjak və Münafiqlər qruplaşmalarına sığınacaq verməklə terrorçuların cənnətinə çevirib.

İranda məlumatlı bir mənbə Azərbaycan Respublikasının anti-İran hərəkətlərinin kəskinləşdiyinə toxunaraq bildirib: Azərbaycan Respublikası hökuməti öz problemlərindən yayınmaq və xalq tələblərinin qarşısını almaq üçün sionistlərə sığınıb və bu addımla öz problemlərini ikiqat artırıb.

  • Yazılıb
  • da (də) 2012 Feb 18