Azərbaycan Respublikasından Naxçıvana və əks istiqamətdə nəqliyyat vasitələrinin tranziti üçün Araz çayının kənarında yolun verilməsi ilə əlaqədar İranın tarixi adımının 20 illiyi ilə yanaşı bir ...
/Aran agentliyi
Azərbaycan Respublikasından Naxçıvana və əks istiqamətdə nəqliyyat vasitələrinin tranziti üçün Araz çayının kənarında yolun verilməsi ilə əlaqədar İranın tarixi adımının 20 illiyi ilə yanaşı bir neçə gün öncə təxminən İranın yüz yük maşını saxlanılmışdı. Bu gün də İranın 60 yük maşını Ələtdə saxlanılıb.
Yerli mənbələrin məlumatına görə, bu addımı atmaq üçün Azərbaycan Respublikasının bəhanəsi yük maşınlarının kontinerlərinin hündürlüyünün "standart"lara uyğun olmaması olub. Lakin belə bir sual irəli sürülür ki, əgər yük maşınları standarta uyğun deyilsə, nə üçün onlara sərhədi keçmək və Azərbaycan Respublikasına daxil olmaq icazəsi verilir?
Azərbaycan Respublkasının bu hərəkəti iki ölkə rəsmilərinin ötən gecə bu barədə müzakirələri və iranlı yük maşınlarının keçmələri üçün problemin mövcud olmaması ilə əlaqədar Azərbaycan tərəfinin açıqlamasından sonra baş verib.
İki ölkənin nəqliyyat anlaşmasını açıq-aşkar şəkildə pozan Azərbaycan Respbulikasının son hərəkəti ötən həftə bu respublika hökumətinin 4 gün müddətinə Salyan rayonu yaxınlığında təxminən İranın yüz yük maşınını da saxladığı bir halda baş verib. Nəticədə bu yük maşınlarının sürücüləri mənfi 10 dərəcə temperaturlu ağır hava şəraitində 4 gecə-gündüz qalmalı olublar.
Siyasi müşahidəçilər tərəfindən İran düşmənlərinin razılığı istiqamətində rəsmi Bakı üçün ən yaxşı oynanılan rol kimi qiymətləndirilən Azərbaycan Respublikasının son hərəkəti elə bir haldadır ki, 20 il öncə Dağlıq Qarabağın mülkiyyəti üzərində Ermənistanla Azərbaycan Respublikasının münaqişəsi vasitəsi ilə Naxçıvanın Azərbaycan Respublikası əsas ərazisi ilə əlaqə yolu kəsildi. Lakin İran Araz çayının kənarında Azərbaycan Respublikasının iki ərazisi arasında gündəlik yüzlərlə yanacaq və qida yük maşınları,avtobus və avtomobillərin tranzitinə yol ayıraraq şərait yaratmaqla mühasirə şəraitində olan Naxçıvanda insan faciəsinin yaranmasına mane oldu.
Ötən 20 il ərzində Azərbaycan Respublikası rəsmiləri bir dəfə də olsun belə, İranın bu strateji dəstəyinə toxunmayıblar. Belə bir halda, adətən 30 ildən çox ömrü olan və ilkin standartlara malik olmayan yüzlərlə yük maşını və yanacaq tankerinin İranda Araz çayının kənarından keçməsi ətraf mühitin çirklənməsi və bu yol və ətrafdakı şəhər, o cümlədən Biləsuvar sakinləri üçün bir çox texniki problemlərə səbəb olub.
Son günlər ərzində İranın bir çox xalq dairələri və mediaları rəsmi Bakının sionizmlə praktiki müttəfiqliklə qonşuluq məsələləri və münasibələrini pozduğuna toxunaraq İranın bu ölkə qarşısında 20 illlik qardaşlıq strategiyasının dəyişdirilməsini istəyiblər.
Səhər TV