Gəncədə Azərbaycan İslam Partiyasının (AİP) üzvü İlham Ələkbərov dünən şəhərin Kəpəz RPŞ əməkdaşları tərəfindən şöbəyə aparılıb
/Aran agentliyi
Gəncədə Azərbaycan İslam Partiyasının (AİP)üzvü İlham Ələkbərov dünən şəhərin Kəpəz RPŞ əməkdaşları tərəfindən şöbəyə aparılıb.
Onun taleyi barədə heç bir məlumat yoxdur. Ailə üzvlərinə bildirilib ki, İ.Ələkbərov şöbədə saxlanılır. Lakin səbəbi bilinmir. İlham Ələkbərovun qardaşı KİV-ə deyib ki, saxlanılan şəxs polisdə döyülüb.
Bu gün isə səhər saatlarında şəhər ruhanisi Əliyev Asəf avtomobili idarə edərkən DYP tərəfindən saxlanılıb və Nizami RPŞ-ə aparılıb. Ailəsinin polisə müraciəti zamanı polis idarəsindən bildirilib ki, A.Əliyev orda saxlanılır, səbəb göstərilmir. Hacı Asəfin vəziyyəti barədə ailəsinə məlumat verilmir.
SalamNews