Tarix : 2012 Feb 17
Kod 28693

Azərbaycandan İrana təzyiq

Əliyev hakimiyyəti Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərini azad etməmiş, açıq aşkar bütün vasitələrlə, həm hakimiyyət...
/Aran agentliyi

Əliyev hakimiyyəti Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərini azad etməmiş, açıq aşkar bütün vasitələrlə, həm hakimiyyət, həm müxalifət həm ziyalılar vasitəsilə İran üzərinə hücuma keçib. Bunu təsadüfi demirəm.

Bir müddət əvvəl Milli Məclisin deputatı Qüdrət Həsənquliyev KİV-də Azərbaycanın adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulması ilə bağlı təkliflə çıxış edərkən, mediumların bir çox yazdı ki, siyasətçi kimi gündəmdə qalmaq üçün mövzu tapa bilmədiyinə görə Həsənquliyev belə bir təkliflə çıxış edib.
Qüdrət Həsənquliyev həqiqətən gündəmdə qalmaqdan ötrü sərsəm bəyanatlar verməyi adət etmiş deputatlardan biridir. Bu dəfə məsələ başqa imiş. Təklifi səsləndirən ilk zamanlar mətbuat onu da yazdı ki, bu təklif Həsənquliyevin müstəvisindən uzağa getməyəcək, belə olmadı.
Açığı mən onu da gözləyirdim ki, abırı həyası olmayan bu adam təklifini Milli Məclisdə də səsləndirəcək, sonra spiker Əsədov təklifi məqbul saymayacaq, digər deputatlar, xüsusilə YAP-çı deputatlardan da bir neçəsi Həsənquliyevin təklifini aktual hesab etməyib əleyehinə çıxış edəcəklər. Yenə də belə olmadı. Bəs necə oldu ?
Ötən həftə Milli Məclisin iclaslarının birində deputat Həsənquliyev təkliflə çıxış edərək Azərbaycan Respublikasının adını dəyişdirilib, Şimali Azərbaycan Respublikası adlandırmağı təklif etdi. Onun bu təklifinə qarşı nəinki çıxışlar oldu, hətta hakim YAP-dan olan deputatlar, xüsusilə Siyavuş Novruz bu təklifi dəstəkləyən çıxış etdi.
Digər deputatlar da Həsənquliyevin təklifini dəstəklədi və bir nəfər deputat bu təklifin əleyhinə çıxış etmədi. Deməli, bu Həsənquliyevin gündəmdə qalmaq üçün verdiyi bəyanat deyilmiş. Elə düşünmək olar ki, bu bəyanatın sifarişi Prezident Administrasiyasından gəlib və ya ABŞ-dan gəlib amma Prezident Administrasiyası da bu təklifə ləbbeyk deyib.
Milli Məclisdə səsləndirilən bu təklif yenidən mətbuat səhifələrinə müzakirəyə çıxarılan zaman deputatlardan da münasibət bildirən oldu.
Heç də Azərbaycan Şimali Azərbaycan adlanmaqla bu gün bizim böyük mənfəətlərimiz, böyük faydalarımız dərhal baş verməyəcək.
Baş verənləri müşahidə edərkən gəlinən qənaət bundan ibarətdir ki, Əliyev hakimiyyəti Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərini azad etməmiş, açıq aşkar bütün vasitələrlə, həm hakimiyyət, həm müxalifət həm ziyalılar vasitəsilə İran üzərinə hücuma keçib. Bunu təsadüfi demirəm. Əgər Əliyevin tapşırığı olmasaydı bu məsələ belə arenalara çıxmazdı. Üstəlik danışan hər kəs açıq aşkar deyir ki, məsələ heç adda deyil İranı təzyiq və qorxu altında saxlamaqdadır.
Hakimiyyət diqqəti ölkədəki vəziyyətdən yayındırmaq üçün nələrsə etməlidir, Ermənistana qarşı hərbi əməliyyat və hərbi ritorik bəyanatlar verə bilmir çünki Rusiya buna qadağa qoyub. Amma İrana qarşı olar, çünki bunu həm sifariş verən qüvvələr var həm də dəstəkləyən.
Bu səbəbdən demək olar ki, yəqin kampaniyanın başlanğıcıdır. Bəyanatların arxasında Əliyevin gücü də var. Belə ki, İsrail bu yaxınlarda Azərbaycana “SPYDER” adlı mobil zenit raket kompleksi və Delilah adlı hava yer tipli raketlər verib. Bircə onu deyim ki, bu silahlar adi silahlar deyil və bəlkə Rusiyanın özü ilə də müharibə aparmağa imkan verir. Amma İsrail Azərbaycana bu silahlardan Ermənistana qarşı istifadəyə icazə vermir, bunlar İrana qarşı əməliyyatlar aparmaq məqsədilə Azərbaycana verilib.

İslamtimes

  • Yazılıb
  • da (də) 2012 Feb 17