/Aran agentliyi
İnanclıların hansı səbəbdən həbs olunması haqda isə heç bir məlumat verilmir.
Papanin qəsəbəsində yaşayan Seyyid Elbrus İbadov adlı şəxs fevral ayının 16-sı axşam saatlarından etibarən Nəsimi Rayon Baş Polis İdarəsinə aparılıb.
İki günə yaxındır ki, Nəsimi Rayon Baş Polis İdarəsində saxlanılan Seyyid Elburus İbadovun yaxınlarının verdiyi məlumata görə, onun hansı səbəbdən polis idarəsində saxlanıldığı haqda məlumat verilmir.
Dindarların ölkə boyu kütləvi həbs dalğası Yasamaldanda yan keçməyib. Yasamaldada artıq dindarların polis bölmələrinə çağrılmasına start verilib. Beləki Seymur adlı dindar bu gün axşam saatlarından etibarən Yasamal Rayon Baş Polis İdarəsində saxlanılır. Onun barəsindədə heç bir məlumat əldə etmək mümkün olmayıb.
Azadxeber.az saytına daxil olan digər məlumatda isə bildirilir ki, Badamdar qəsəbəsindən adları hələki məlum olmayan 40 nəfərə yaxın dindar həbs edilərək polis bölmələrinə aparılıblar.
Qeyd edək ki, polis bölmələrinə çağrılan şəxslər arasında may ayının 6-sı Hicaba Azadlıq aksiyasında iştirak etdiyi üçün həbs edilmiş və bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılan dindarlar daha çoxluq təşkil edir.
Kütləvi həbslərin hansı səbəbdən başlanması haqda məlumat əldə etmək istəsəkdə təəsüf ki bu barədə rəsmi məlumat almaq mümkün olmadı. Amma dindarlar arasında gəzən söz-söhbətlərə görə, həpslərə səbəb Azərbaycanda keçiriləcək "Evrovision" yarışmasıdır. (Məsələni diqqətdə saxlayacağıq).
Cəlilabad rayonu Göytəpə şəhər ruhanisi Əliyev İlqar Əyyub oğlu və dindar Əliyev Nadir Məmmədağa oğlu Cümə namazından sonra Cəlilabad polisi və Milli Təhlükəsizlik Nazirliyinin Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışdır.
Daha sonra Nadir Əliyev sərbəst buraxılsa da İlqar Əyyubov hələ də bölmədə saxlanılır.
Günorta namazından sonra Hacı İlham Əliyev evindən aparılıb.
İslamazeri.az-a Binə sakinlərinin verdiyi məlumata görə, Bakının Binə qəsəbəsindəki evindən aparılan ruhani Hacı İlhamdan indiyə qədər heç bir məlumat əldə etmək mümkün olmayıb. Saxlanılmasının səbəbləri məlum deyil. Ruhaninin tanışları Xəzər Rayonu Polis idarəsinə məlumat haqqında müraciət ediblər. Lakin heç bir məlumat verilməyib.
Sumqayıt şəhər sakini 30 yaşlı Zöhrab Quliyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini 30 yaşlı dindar Zöhrab Quliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən “Naqan” tipli tapança və 7 ədəd güllə aşkar edilərək götürülüb. Z. Quliyevin yaşadığı evə baxış keçirən əməliyyatçılar qumbara və müxtəlif çaplı güllələr aşkar ediblər.
Şübhəli şəxs qismində saxlanılan Zöhrab Quliyevin qohumlarının deyiblər ki, "Eşitdik ki, girib evdən qumbara çıxardıblar. Məsələ bizə qaranlıq qaldığı üçün polis bölməsinə gedirik. Bu adam hələ indiyə kimi bir toyuq başı da kəsməyib.”
Bundan əlavə AİP üzvü İlham Ələkbərov iki gündür Gəncədə polis şöbəsində saxlanılır.
Faktxeber.com-un verdiyi xəbərə görə, Gəncədə Azərbaycan İslam Partiyasının (AİP) üzvü İlham Ələkbərov dünən şəhərin Kəpəz RPŞ əməkdaşları tərəfindən şöbəyə aparılıb. Onun taleyi barədə heç bir məlumat yoxdur. Ailə üzvlərinə bildirilib ki, İ.Ələkbərov şöbədə saxlanılır. Lakin səbəbi bilinmir. İlham Ələkbərovun qardaşı KİV-ə deyib ki, saxlanılan şəxs polisdə döyülüb.
Bu gün isə səhər saatlarında şəhər ruhanisi Əliyev Asəf avtomobili idarə edərkən DYP tərəfindən saxlanılıb və Nizami RPŞ-ə aparılıb. Ailəsinin polisə müraciəti zamanı polis idarəsindən bildirilib ki, A.Əliyev orda saxlanılır, səbəb göstərilmir. Hacı Asəfin vəziyyəti barədə ailəsinə məlumat verilmir.
Xatırladaq ki, Nardaranda da son 1 həftədir ki, MTN tərəfindən əməliyyatlar keçirilib. 20-ə yaxın nardaranlı saxlanılıb.
Azadxeber