Bizim azad mətbuatımız vardır. Bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır!!?
/Aran agentliyi
Bizim azad mətbuatımız vardır. Bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır!!?
Bizim azad mətbuatımız vardır. Bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır!!?
Fevralın 3-də Almaniyada Münxen Təhlükəsizlik Konfransında iştirak edən prezident Əliyev əsas tədbirlərindən olan “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrə qatılıb. (www.azertag.gov.az/node/913813).
Tədbirin moderatoru, İsveçin xarici işlər naziri Karl Bildt Azərbaycan dövlət başçısını iştirakçılara təqdim etdikdən sonra çıxış üçün prezident Əliyevə söz verilib. Prezident eninə boyuna Azərbaycanın neft və qaz siyasətindən danışdıqdan sonra növbə gəldi çatdı jurnalistlərin suallarına və bu görüşün maraqlı və müzakirə mövzusuna çevrilən məqamı da elə bu oldu. Sonra alman təhqiqatçılarından biri (yerli mətbuatımızada bu təhqiqatçı jurnalist kimi təqdim edilir amma O, jurnalist deyil) tədbirin təşkilatçılarından olan Maykl Dikmana sualıı belə oldu : “ Mən hiss edirəm ki, bizim sərmayə yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət və coğrafi dəhlizlə bağlı bir az çox danışırıq. Buna görə də, mən sualımı birbaşa cənab Dikmana ünvanlamaq istəyirəm.
Çünki gələcək biznes risklərini müəyyən etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz çərçivəsindədir. Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən iğtişaşların şahidi olduq.
Sizin bu bir il ərzində enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, - burada Azərbaycan Prezidenti də iştirak edir, - öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?”.
Dikmanın cavab verməsini gözləmədən, isterik bir halda prezident Əliyev sualı cavablandırmağa başladı və dedi : “Mən faktiki olaraq, Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət kimi təqdim etməyə cəhd olunan suala şərh vermək istərdim. Düşünürəm ki, bu qəribə suala ən yaxşı cavab iştirakçıların reaksiyası oldu. Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm.
Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir. Bizim çoxpartiyalı sistemimiz vardır. Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız vardır. Bizim azad mətbuatımız vardır. Bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır. Nəhayət, bizdə azad internet vardır.
Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır. Azərbaycanda müasir, sabit cəmiyyət vardır. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz”.
Burda bir neçə məqam var. Əvvəla iqtisadi göstəricilərə gəlincə, İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə Ümumi Daxili Məhsulun 3 dəfə artmasının səbəbi hökumətin uğurlu iqtisadi siyasəti deyil, neftin hasilatının və qiymətinin artımı idi. Ekspert bildirir ki, 2011-ci ildə neft hasilatı azalan kimi Azərbaycanın ÜDM-in artım tempi MDB-də sonuncu oldu.
Müzakirə mövzusuna çevrilən Azərbaycanın Misirə oxşarlıq məsələsi... Əlbəttə Azərbaycan Misirə oxşamır, azərbaycanlılar da misirlilərə oxşamır, ola bilər oxşar tərəfləri var. Əsas oxşarlıq ondadır ki, orda Hüsni Mübarək 30 il idi ki, diktatura əsasında ŞƏXSİ hakimiyyətini, rejimini qurmuşdu. Heç cür hakimiyyətdən getmək istəmirdi, keçirilən bütün seçkilərdə saxtakarlıqla xalqın səsini “qazanırdı”.
2011-ci ildə ABŞ-ın “ərəb baharı” adı alımış, Yaxın şərqdə rejimlərin dəyişdirilməsi proqramına daxil edildi və misir xalqının üsyanı nəticəsində devrildi. Bəzi jurnalist və ekspertlərin “ərəb baharı”nda müsəlmançılıq xüsusiyyətini qabardıb azərbaycanlıları da ora daxil etməsi doğru deyil. Yəni İlahm Əliyevin afroərəb dünyasında baş verən xalq üsyanından Azərbaycanın təsirlənməyəcəyinə dair fikrini mən də bölüşürəm. Amma Prezident əgər fikrini Azərbaycanın malik olduğu yüksək, özü də böyük bir hissəsinin yalançı iqtisadi göstəricilərlə əsaslandırırsa burda qəti razı deyiləm və iqtisdi özüdə saxta statistik göstəricilər, “Azərbaycanda xalq üsyanına imkan vermir” demək olmaz. Liviya bütün göstəicilərə, xüsusilə də vətəndaşların həyat səviyyəsinə görə Azərbaycanı çox geridə qoyurdu, amma xalq Qəddafinin diktatura əsasında uzun illərdir mövcud olan şəxsi hakimiyyətinə son qoymaq qərarı verdi, təşkilatçının kim olmasından aslı olmayaraq. Ümumiyyətlə belə məsələlərdə xalq üçün təşkilatçının kim olması önəmli deyil, çünki xalq dəyişiklik istəyir, onlar üçün maraqlı deyil ki, eyni dəyişikliyi Mossad da və ya CİA də istəyir ya yox. Amma bax Rusiyada həmin “ərəb baharı” kimi və ya onun analoqu olan dəyişiliklər baş verərsə, ondan sonra İlham Əliyev çətin ki, hakimiyyətini hətta S-300 raketləri ilə də qoruya bilsin. Niyə ? Həmişə demişəm yenə deyirəm çünki Azərbaycan Rusiyanın siyasi təsir dairəsindədir. Yaxın şərqdə qan tökən, qanı tökülən, can alan və canı alınan ABŞ və Avropa Azərbaycanda əlini ağdan qaraya belə vurmaq istəmir, sözün hərfi mənasında İSTƏMİR.
Bunun bir səbəbi də odur ki, ABŞ Azərbaycanda xəyalına belə gətirmədiyi, bütün şərtlərini qəbul edən Pezidentlə işləyir. Sadəcə olaraq başqa bir məsələdir ki, ABŞ Azərbaycandan demokratiya tələb etmir. Məsələn, ABŞ-ın ən yaxın dostlarından olan Səudiyyə Ərəbistandan da ABŞ demokratiya filan tələb etmir. Amma Almaniyada, əcnəbi təhqiqatçı tərəfindən Konfransda belə bir sualın səslənməsi də təsadüfi deyil.
Əliyev rejiminin Gülər Əhmədova və Siyavuş Novruz kimi sadəlöhöv lokeylerinə görə Prezidentin tədbirdəki cavabından sonra bu mövzu qapandı. Amma yox, mən bu sadiq lokeyləri məyus etmək zorundayam, ruslar demiş “как раз такие” mövzu Azərbaycan üçün bundan sonra başlayır. İndi gözləyək görək Azərbaycana “bahar” nə zaman gələcək, ola bilər martın 4-dən sonra gəlsin və onun adı yəqin rus baharı olacaq.