Tarix : 2012 Feb 18
Kod 28717

Zərdüşt Əlizadə: “Hakimiyyət Qərbi inandırmaq üçün İranla münasibətləri yavaş-yavaş korlayır”

Son zamanlar İran-Azərbaycan münasibətlərindəki gərginlik demək olar ki
/Aran agentliyi

Son zamanlar İran-Azərbaycan münasibətlərindəki gərginlik demək olar ki, özünün pik nöqtəsinə çatıb. İranın ölkəmizinTehrandakı səfiri C.Axundova təqdim etdiyi bəyanat isə münasibətlərin yəqin ki, kuliminasiya nöqtəsi idi.

İki qonşu dövlət arasındakı münasibətləri Xəbər.info-ya şərh edən politoloq Zərdüşt Əlizadə deyib ki, mövcud hakimiyyətin ölkə rəhbərliyinə yiyələnməsini vaxtilə dəstəkləyən az qüvvələrdən biri də İran idi: “Heydər Əliyevin hakimiyyətə gəlməsində İranın Həm maliyyə, siyasi, həm də informasiya dəstəyi baxımından böyük rolu vardı. Lakin sonradan Azərbaycan hakimiyyəti özünə daha güclü hamilər tapdı. Həmin hamilər isə İranla düşmən münasibətindədirlər. Azərbaycan müəyyən zamana qədər çalışırdı ki, bu ziddiyyətli mövqedə özünü qorusun. İndiki zamanda isə bu ziddiyyət öz partlama nöqtəsinə gətirib çıxarıb. Hazırda bütün dünya müharibə ehtimallarını müzakirə edir. Belə olan halda, Azərbaycan hakimiyyətinin asılı olduğu Qərb Azərbaycandan tələb edir ki, İranla bağlı mövqeyini bildirsin. Mövqeyini bildirməmək üçün isə gərək cəsarətli olasan, yəni aslı olmayasan, amma Azərbaycan hakimiyyəti qərbdən asılıdır. Ona görə də Qərbi inandırmaq üçün İranla münasibətləri yavaş-yavaş korlayırlar”.

Z.Əlizadənin sözlərinə görə,  Azərbaycan hakimiyyəti bunu rəsmi qaydada etmir, ancaq hakimiyyətdən ənam kimi deputat mandatı, müəyyən dəstək almış adamlar guya ki, onlar rəsmi mövqe tutmurlar, rəsmi hökumətin sifarişi ilə İrana qarşı bəyanatlar verirlər və hədələyirlər: “Azərbaycam qəzetlərinə nəzər salanda muştuluq kimi hər gün İranın vurulmasını xəbər verirlər. Amma yadlarına düşmür ki, orada 20 milyondan artıq azərbaycanlı yaşayır. Müharibə olacağı təqdirdə, onlar da zərər görəcək”.

Politoloqun fikrincə, Gürcüstan, Türkmənistan, Orta Asiya respublikaları  maraqlı olmalıdır ki, İrana bir  xətər toxunmasın: “Çünki bu xətərin vacib mənfi nəticələri bütün Qafqaza təsir edə bilər.  Beynəlxalq hüququn pozulması və təftiş edilməsi kiçik və zəif dövlətlərə əl vermir”.

 

  • Yazılıb
  • da (də) 2012 Feb 18