Tarix : 2012 Feb 18
Kod 28722

''Eurovision çıxsa qarşına sən nə edərsən ona''

Oyan ey Azərbaycan!
/Aran agentliyi

Oyan ey Azərbaycan!

Oyan ki, qəlbin oyansın, əqillə ruhu oyatsın.

Gözündən apar pərdəni, dəyişmə bəşər Qibləni.

Biri yatır Pişədə qəmli, o biri hər gecə şənli.

Nə Vətən, nə Torpağ insan.

Dəyişib rəngini dövran, Dinmə lal gündəlik qazan.

Tək səninlə düzəlməz zaman! Tərbiyə al Avropadan.

Ol Amerikan, ya İngilis.

Ya Fransız ya İtalyan.

Onlardır keyfə kef qatan! Çıxma bardan, klublardan.

Ayrılma Eurovision təki maraqlardan.

Qeyrətündən, vicdanundan xəbər olma!

Həm Anondan Həm Bacundan xəbər olma!

Ayılarsan! amandı Tövbə qılarsan! Dinündən utanarsan!

Çaşıb müsəlman olarsan!

Var ikən bu cürnə imkan. İnkişafda Azərbaycan!

Öyrəndilər Eurovisiondan!

Azəri Star ol Lüt qazan!

Yoxsa ki, Hicablanırsan, nəbilim Namaz qılırsan, 

İçkini haram sayırsan Qarabağ deyib ağlıyırsan!

Xəbərin var Bakımızdan?

Tarqovı, Bulvarımızdan? Los Ancelesdir bir azdan.

Vardır nələr Tarqovıda, cüyür mələr Tarqovıda!

Oğlan qulağda sırğalar, qızlarda yoxdur yubkalar!

Min cür fasonda cavanlar yığışıb Qeyrəti baltalayırlar!

Sən nə yamansan ay Qeyrət. Köhnə adamsan ay Qeyrət. 

Eurovision çıxsa qarşına sən nə edərsən ona?

Sən açanda gözün əmələ gələcək buynuzun.

Odur ki, ay bala oyadma milləti, unud namusu, qeyrəti.

Danışma Hicabdan qəti, eşid məsləhəti. Yoxsa tutularsan!

Ya narkotik yada ki, silaha görə iş alarsan.

MƏŞƏDİ NATİQ             

  • Yazılıb
  • da (də) 2012 Feb 18