Rayon dindarları bu qənaətdədirlər ki, İlqar Əliyevin həbsinə səbəb ''Avrovizion'' və ''Gey parad''la bağlı kəskin çıxışları olub
/Aran agentliyi
Rayon dindarları bu qənaətdədirlər ki, İlqar Əliyevin həbsinə səbəb "Avrovizion" və "Gey parad"la bağlı kəskin çıxışları olub
Cəlilabad rayonunun Göytəpə qəsəbəsinin sakini ruhani Hacı İlqar Əliyev Cümə namazından sonra Cəlilabad rayon polisi və Milli Təhlükəsizlik Nazirliyinin Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdı.
Ruhani Haci İlqar hələ də polis bölməsində saxlanılır. Cəlilabad ruhaniləri Hacı İlqarın saxlanılması ilə bağlı rayoun polis idarəsinə və icra hakimiyyətinə müraciət ediblər. Lakin onlara heç bir məlumat verilməyib.
Rayon dindarları bu qənaətdədirlər ki, İlqar Əliyevin həbsinə səbəb "Avrovizion" və "Gey parad"la bağlı kəskin çıxışları olub.