/Aran agentliyi
Allahın adı ilə!
Müsəlman xalqımızın göz yaşı və qanı axan halda, dünyanın hər yerində Xocalı soyqırımına, əliyevlər rejiminin isə canfəşanlıqla "Eurovision 2012 və gey parada" möhkəm hazırlaşdığı bir ərəfədə ölkədə yenidən dindarlara qarşı 37-ci ilin repressiyası başlaması müşahidə olunmaqdadır. Geylərin, mavilərin müsəlman ölkəsinə gəlməsinə qarşı qəti etiraz bildirən və bununla razılaşmayan qeyrətli alim və inanclıların həbsi yenidən gündəmə gəlib.
Görəsən, əliyevlər rejimi hələ də dərk edə bilməyib ki, dünyada İslam aləmində hər tərəfi bürümüş və az qala Azərbaycanın sərhədlərinə çatmış, müstəqillik, azadlıq və islami oyanışın qarşısını heç bir zindan və repressiya ilə almaq olmaz?! Bizim qeyrətli müsəlman xalqımız hələ son sözünü deməyib və əliyevlər rejiminin ölkədə törətdikləri cinayətləri və müsəlman xalqımızın adını İslam aləmində ləkələmə kapmaniyasını səbirlə müşahidə edirlər amma, hər şeyin öz həddi-hüdudu var.
Qeyrətli, inamlı, azadlıq tələb edən alimlərin, din xadimlərinin və inanaclıların cibindən tank, top, qumbara, patron və sair sursatları çıxarmaqla məşğul olan MTN əməkdaşları və polis rəsiləri görəsən erməni əsirliyində olan qız-gəlinləri, ana-bacıları və ölkəni başdan-başa bürüyən oğurluq, quldurluq, ölüm, korrupsiya və haqsızlığı yaddan çıxarıblar?! Görmürlər yaxud, görmək istəmirlər?!
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi ölkədə İslama və islamçılara qarşı yenilənən repressiyanı qəti olaraq pisləyir və artıq hamının səbir kasasının dolduğunu bildirir. Müdafiə komitəsi bir daha qəti şəkildə ölkədə islamçılara və islami dəyərlərə qarşı baş verən haqsızlıqların dərhal dayandırılması və qeyrətli etiqad və vicdan məhbuslarının dərhal azadlığa buraxılmasını tələb edir.
Bu ölkə, bu Vətən, təkcə əliyevlərə və onların artıq heç bir qayda-qanun tanımayan məmurlarına məxsus deyildir. Özünün şərəfli tarixi və qəhrəmanları ilə fəxr edən bir müsəlman xalqı, İsrail və avropa kimilərin iyrənc "Eurovison və gey paradına" görə pak insanları və haqqı qorxmadan açıq deyənləri incitməkdən çəkinin!
Koroğluların, Nəbilərin, Cavad Xanların, Sabirlərin, Şirvanilərin diyarını mavi kişilərin diyarına çevirməyin!
Müdafiə Komitəsi
2012-02-18
Hicab.org