Tarix : 2012 Feb 18
Kod 28727

Diqqət! Diqqət! Dindarların nəzərinə:

Gizlədin namazlarınızı, qapılarınızı açıq qoyun, ciblərinizi tərsinə çevirin yoxsa casus adlanacaqsınız
/Aran agentliyi

Gizlədin namazlarınızı, qapılarınızı açıq qoyun, ciblərinizi tərsinə çevirin yoxsa casus adlanacaqsınız

Diqqət! Diqqət! Dindarların nəzərinə: Qapılarınızı açıq qoyun! Əgər evinizdən silah çıxmasını istəmirsinizsə.
Cibləri tərsinə çevirib gəzin! Əgər ciblərinizdən Heroin çıxmasını istəmirsinizsə.
Namazlarınızı ərəb dilində yox, başqa dillərdə qılın və “Alahu-Əkbər” əvəzinə “Avropa-Qərb Zırpıdır” deyin, əgər fanat adını almaq istəmirsinizsə.
Yağan qarları, yağışları, zəlzələləri, ay-günəş tutulmalarını atın dindarların, müxalifətin, ya da ki ən yaxşısı budur, İranın üstünə, əgər vəzifə istəyirsinizsə.
Hicabı pisləyin, namazı “qaraguruh, təsirə düşmüşlər qılır" deyin, əgər qabağa getmək istəyirsinizsə.

Bəli, yaşanan tendensiya budur. Artıq valideynlər şeytandan yox, dindardan qorxur ki, məscidə getsə, dindarla dostluq etsə, övladları əldən gedəcək.
Hazırda ölkəmizdə ən qorxulu, təhlükəli yer məscidlər hesab olunur. İş yerlərinin əksəriyyətində dindarlar namazlarını gizlədir ki, işlərini itirməsinlər.
“Delosu”nda “namaz qılır, oruc tutur” sözləri yazılan adamlar qorxuludur, nəinki “delosu”nda “spitli içki qəbul edir, rüşvət alır” cümləsi yazılan insanlar. Çünki, ikincilər daha əlverişlidir, həm özü yeyəcək, həm də yedizdirəcək.

Bəli, gizlədin namazlarınızı, qapılarınızı açıq qoyun, ciblərinizi tərsinə çevirin. Yoxsa ya İrana işləyən, ya dini dözümlülüyü olmayan insan, ya da ki casus adlanacaqsınız.
Baxın, ya o, ya bu.

Vüsal Hətəmov/birlik

  • Yazılıb
  • da (də) 2012 Feb 18