/Aran agentliyi
Asəf Zeynalova 2 aylığına azadlıqdan məhrum edilib
Dünən səhər saatlarında Gəncə ruhanisi Əliyev Asəf avtomobili idarə edərkən DYP tərəfindən saxlanılıb və Nizami RPŞ-ə aparılıb. Ailəsinin polisə müraciəti zamanı polis idarəsindən bildirilib ki, A. Əliyev orda saxlanılır, səbəb göstərilmir.
Elçin Namazov İslamazeri.az-a bildirib ki, artıq Asəf Əliyevə 2 aylıq inzibati həbs cəzası verilirilib. Ruhaninin barəsində xuliqanlıq maddəsi ilə istintaq başladılıb.
Lakin Azərbaycan İslam Partiyasının üzvünun qardaşı İlham Ələkbərov da həbs olunub.
Qeyd edək ki, İlham Əkbərov dünən şəhərin Kəpəz RPŞ əməkdaşları tərəfindən şöbəyə aparılıb. Ailə üzvlərinə bildirilib ki, İ.Ələkbərov şöbədə saxlanılır. Lakin səbəbi bilinmir. İlham Ələkbərovun qardaşı KİV-ə deyib ki, saxlanılan şəxs polisdə döyülüb.
islamazeri