Tarix : 2012 Feb 18
Kod 28729

Hacı Mehdi Məmmədov naməlum istiqamətə aparılıb

Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov mülki geyimlilər tərəfindən naməlum istiqamətə aparılıb
/Aran agentliyi

Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov mülki geyimlilər tərəfindən naməlum istiqamətə aparılıb

Bu səhər Hacı Mehdi yaşadığı Biləcəri qəsəbəsində yerləşən 6-cı polis bölməsinə çağırılıb.

Hacı Mehdi Məmmədovun vəkili Zaman Səmədov İslamazeri.az-a bildirib ki, səhər birlikdə polis bölməsinə gediblər. Bölmədən bir qədər sonra çıxan Hacı Mehdi Məmmədov özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən niva markalı maşına oturdaraq naməlum istiqamətə aparılıb.

Vəkil Zaman Səmədovun bildirdiyinə görə Milli Təklükəsizlik Nazirliyinə müraciət edilib. Amma Mehdi Məmmədovun Milli Təhlükəsizlik Nazirliyinə gətirilmədiyi bildirilib. Vəkil Mehdi Məmmədovun hansı istiqamətə aparılması haqda bütün hüquqi addımların atıldığını bildirib. Onun sözlərinə görə "102" xidmətinə, Binəqədi Rayon polis bölməsinə müraciət etmişik.

Qeyd edək ki, Seyid Elburus adlı dindar da dünən eyni ssenari ilə maşına mindirilərək aparılıb.

Hadisələri diqqətdə saxlayacağıq...

islamazeri

  • Yazılıb
  • da (də) 2012 Feb 18