Tarix : 2012 Feb 18
Kod 28730

Bakıda fəhlələr aksiya keçirib

Bu gün Azərbaycan Respublikasında 100-ə yaxın neftçi Dövlət Neft Şirkətinin qarşısında etiraz aksiyası keçirib. Onlar mənzil növbələrindən adlarının çıxarılmasına etiraz ediblər
/Aran agentliyi

Bu gün Azərbaycan Respublikasında 100-ə yaxın neftçi Dövlət Neft Şirkətinin qarşısında etiraz aksiyası keçirib. Onlar mənzil növbələrindən adlarının çıxarılmasına etiraz ediblər. Piket keçirən fəhlələr “Balaxanı oil” və “Bahar energy”nin işçiləri olublar.

Məlumata görə, idarənin mühafizəçiləri neftçilərin binaya daxil olmasına imkan verməyiblər. Ancaq neftçilərin Dövlət Neft Şirkətinin qarşısında toplaşmasının qarşısını almaq da mümkün olmayıb.

Fəhlələr bildiriblər ki, aksiya keçirmələrində məqsəd ev almaq üçün onlara edilməli olan güzəştlərin ləğvidir: “Biz ev istəyirik”. F.İbrahimovun problemə münasibəti maraqlı olub: “Nə? Ev istəyirsiniz? Gözləyin, göydən zənbillə düşəcək. Hərəniz birini götürüb apararsınız”. Lakin neftçilərin təkidlərindən sonra T.İbrahimov onları qəbul edərək vəziyyətlə maraqlanmağa razı olub.  

Qeyd edək ki, Dövlət Neft Şirkəti yüzlərlə fəhləni mənzil növbəsindən qanunsuz olaraq çıxarıb. İşçilərə bildirilib ki, artıq onlara ev alan zaman heç bir güzəşt edilməyəcək. İşçilər bununla bağlı fevralın 11-döə də qurumun binası qarşısında aksiya keçirmişdi.

  • Yazılıb
  • da (də) 2012 Feb 18