Tarix : 2012 Feb 18
Kod 28732

“Səhər” kanalının müxbirinin tutulması ilə bağlı bəyanat

İran Bakıdakı səfirliyi “Səhər” telekanalının Azərbaycandakı müxbirinin tutulması ilə bağlı açıqlama verib
/Aran agentliyi

İran Bakıdakı səfirliyi “Səhər” telekanalının Azərbaycandakı müxbirinin tutulması ilə bağlı açıqlama verib
Səfirliyin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri  bildirib ki, İranın Azərbaycanda fəaliyyət göstərən telekanalının işçilərinin narkotik maddələrlə tutulması həqiqətə uyğun deyil. Onun sözlərinə görə, telekanalın həbs olunan əməkdaşları çox şərafətli və dindar insanlardır. Onların fəaliyyəti iki ölkənin əlaqələrinin inkişafına və genişlənməsinə tövhə verir. O bildirib: "Bəziləri İranla bağlı çox yanlış fikirdədirlər. İran daim qanunsuz narkotik dövriyyəsi ilə mübarizə aparıb. Bu fikirlər BMT-nin iclasında da səsslənidirlib və İranın narkotiklərlə mübarizəsi yüksək səviyyədə qeyd edilərək, təsdiqlənib. Bəzi media qurumları əsassız olaraq, İranı bu işdə günahlandırırlar. Belə hərəkətlər əsassız və həqiqətdən uzaqdır".
Xatırladaq ki, “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının anası deyib ki, dünən axşam 5 nəfər polis əməkdaşı evə gələrək oğumu həbs edib. Anarın axşam saatlarına qədər Binəqədi polisində saxlanıldığını qeyd edən ailə üzvləri, “axşam saat 09:30 radələrinə qədər gözlədikdən sonra, 102-ə müraciət etdik. 102-dən bildirdilər ki, Anar narkotikə görə həbs olunub. Anar bölməyə gedəndə deyiblər ki, gödəkçəni çıxart asılqandan as. Bundan sonra onun cibinə narkotik qoyaraq şərləyiblər”.

salamnews

  • Yazılıb
  • da (də) 2012 Feb 18