İranla əlaqədar Azərbaycan Respublikası hökumətinin hərəkətləri cavabsız qalmayacaq və bu addımlara qarşı qətiyyətli cavab veriləcək
/Aran agentliyi
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü deyib: İranla əlaqədar Azərbaycan Respublikası hökumətinin hərəkətləri cavabsız qalmayacaq və bu addımlara qarşı qətiyyətli cavab veriləcək.
Fars İnformasiya Agentliyinə müsahibə verən Fatimə Alya İran İslam Respublikası Televiziya və Radio Təşkilatının Bakıdakı nümayəndəliyinin yerli müxbiri və sürücüsünün həbs olunmaları üzrə Azrəbaycan Respublikası hökumətinin son hərəkəti barəsində bildirib: Azərbaycan hökumətinin İranla əlaqədar hərəkətləri cavabsız qalmayacaq və bu hərəkətlərə qətiyyətli cavab verəcəyik.
"İranın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinin nümayəndələrini dəvət edərək bu hərəkətlər barəsində onlara ciddi xəbərdarlıq verməlidir" –deyə Aliya bildirib.
İrana qarşı beynəlxalq səviyyədə atılmış addımların əsasən ABŞ və sionist rejimin təhriki ilə baş tutduğunu bəyan edən millət vəkili deyib: Bu hərəkətlər İran xalqının qüdrətləndiyini əks etdirir.
Alya qeyd edib ki, İran xalqının beynəlxalq səhnədə qüdrətlənməsi ilə paralel olaraq İrana qarşı müxtəlif hərəkətlər planlaşdırılır. Bu günlər İranın adı bir çox inkişaflarına görə beynəlxalq səhnələrdə dəfələrlə təkrarlanır. Bu məsələ İran xalqının əzəmətinin göstəricisidir.
İslam Şurası Məclisinin millət vəkili sonda əlavə edib: ABŞ, İngiltərə və sionist rejim bir-birləri ilə əməkdaşlıqla İran xalqına qarşı fitnə adı ilə bir çox planlar cızırlar və Azərbaycan Respublikası hökumətinin son hərəkəti də bu fitnələrin davamındadır