Tarix : 2012 Feb 20
Kod 28758

Qarabağ konfliktinin başlamasından 24 il ötür

Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur
/Aran agentliyi

Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur

1988 - ci ilin bu günü Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər.

Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur. 

İslam-Azeri

  • Yazılıb
  • da (də) 2012 Feb 20