Tarix : 2012 Feb 21
Kod 28761

Sionistlərin Azərbaycan Respublikasında İranlı müxbirlərin həbsində rolu

Davud Əhmədinejad deyib: ''Azərbaycan Respublikası Dövləti tərəfindən İranın Teleradio Təşkilatının Bakıdakı müxbirinin həbs edilməsində sionistlər və Amerikanın təzyiqlərinin rolu olubdur
/Aran agentliyi

Davud Əhmədinejad deyib: "Azərbaycan Respublikası Dövləti tərəfindən İranın Teleradio Təşkilatının Bakıdakı müxbirinin həbs edilməsində sionistlər və Amerikanın təzyiqlərinin rolu olubdur".

Fars Xəbər Agentliyinə müsahibə verən Davud Əhmədinejad Azərbaycan Respublikası Dövlətinin İranın Teleradio Təşkilatının Bakıdakı müxbirinin sürücüsü ilə birlikdə həbs edilməsi haqdakı son hərəkəti haqda deyib: "Bu ölkələr beynəlxalq imperializmə bağlıdırlar və özlərindən müstəqilliyə malik deyillər və bu cür hərəkətlər onların istiqlaliyyətinin olmamasına görədir".

Davud Əhmədinejad Azərbaycan Respublikası Dövlətinin son hərəkətində sionistlər və Amerikanın təzyiqlərinin rola malik olduqlarını bildirərək, deyib: "İranın nüvə alimlərinin terror edilməsi imperializm və sionizm amilləri tərəfindən həyata keçirilib və bu mövzularda beynəlxalq imperializmdən asılı olan bəzi ölkələr onlarla yanaşıdırlar. Amma macəranın əslinin dünya xalqı üçün ifşa olunmasını istəmirlər".

Davud Əhmədinejad bəzi müxbirlərin sionistlərin bəzi region dövlətləri ilə əlaqələrini aşkar etmələri üzrə səylərinə işarə edərək, deyib: "Bu ölkələri, müxbirlərin xəbəri baxımdan izləmələri ilə qeyd edilən region ölkələrinin sionizm və imperializmə asılı olmaları üzrə izlərinin aydınlaşmasına təmayüllü deyillər".

Davud Əhmədinejad sonra deyib: " Buna görə də bu ölkələr bu hərəkətlərlə bu mövzuların izlənilməsinin qarşısını almaq niyyətindədirlər"

  • Yazılıb
  • da (də) 2012 Feb 21