Tarix : 2012 Feb 20
Kod 28762

Azərbaycanın Səudiyyə krallığına bənzəri

Azərbaycan Respublikasının neftə asılılığı ölkəni Səudiyyə krallığına bənzədib
/Aran agentliyi

Azərbaycan  Respublikasının neftə asılılığı ölkəni Səudiyyə krallığına bənzədib

Bu qənaətdə olan iqtisadçı İlham şaban nəşr etdiyi məqalədə yazır : “ Son bir ildə Azərbaycan hökumətinin davranışı yenə dəyişib. Dünya bazarında neftin barreli 100 dollardan aşağı düşmür.  Bir qədər əvvəl cəmiyyətdə belə bir fikir vardı ki, 2015-ci ildən neft gəlirləri azalacaq və 2020-ci ildən postneft dövrü başlayacaq. Bir çoxları zənn edirdilər ki, neft gəlirlərindən məst olmuş hökumət, nəhayət, tərpənib işə başlamaq qərarına gələr və ölkənin müəyyən qruplarının deyil, əksər vətəndaşlarının enerjisindən yararlanmağa çalışar. Ancaq enerji sahəsində ardı-arası kəsilməyən kəşflər onu göstərir ki, Azərbaycanın neft hasilatı dövrü ən azı 10-15 il uzanır və postneft dövrünü 2020-ci ildən təbii qaz dövrü əvəz edəcək. Qaz dövrü isə nə az, nə çox - təqribən 30-40 il davam edə bilər.”
Azərbaycanda "neft bəlası" - iqtisadiyyatın neft ixracından asılılığının neqativ tərəfləri barədə  İlham Şaban əlavə edib : “Hələ 1990-cı illərin ortalarından bir qrup müstəqil iqtisadçının "holland sindromu" deyərək car çəkib “yatmışları oyatmaq” istəyi bu gün də aktualdır: hökumətin ölkəyə neft pulları axını nəticəsində qeyri-effektiv iş rejiminə keçməsi, izafi məsrəflərin artması, milli valyutanın bahalaşması nəticəsində yerli istehsalın rəqabət qabiliyyətini itirməsi, siyasi islahatların gündəmdən çıxması, korporativ maraqların ictimai maraqları üstələməsi və sairə...  Yemək imkanı olan yeyir, yerdə qalan ümid edir, ümidsizlər isə ya ölkədən gedir, ya da çıxış yolunu intiharda görür.

  • Yazılıb
  • da (də) 2012 Feb 20