Tarix : 2012 Feb 20
Kod 28763

Hacı Tale Bağırova qarşı daha bir ədalətsiz qərar

Bu gün hicab məhbusu Hacı Tale Bağırovun apellyasiya şikayətinə baxılıb
/Aran agentliyi

Azadxeber.az saytının ilahiyyatçı Hacı Tale Bağırovun məhkəməsindən verdiyi xəbərə görə, bu gün (fevral ayının 20-si) Bakı Apellyasiya Məhkəməsi, 2011-ci il dekabrın 23-də Nərimanov Rayon Məhkəməsinin Taleh Bağırov üçün 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki Hacı Tale Bağırov və onun hüquqların müdafiə edən Anar Qasımlı Apellyasiya Məhkəməsi çıxardığı qərarı ədalətsiz hesab edərək buna etiraz ediblər.

Vəkil Anar Qasımlının bildirdiyinə görə, Tale Bağırovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələrindən şikayəti vermək üçün Ali Məhkəməyə müraciət olunacaq. 

MƏHKƏMƏ PROSESİ ZAMANİ BAŞ VERƏN HADİSƏLƏR HAQQINDA TEZLİKLƏ ƏTRAFLI MƏLUMAT VERİLƏCƏK...

  • Yazılıb
  • da (də) 2012 Feb 20