İran İslam Respublikası Astara gömrük məntəqəsinin rəisi İran və Az.R rəsmiləri arasında əldə olunmuş anlaşma əsasında yük maşınlarının Astara gömrük ...
/Aran agentliyi
İran İslam Respublikası Astara gömrük məntəqəsinin rəisi İran və Az.R rəsmiləri arasında əldə olunmuş anlaşma əsasında yük maşınlarının Astara gömrük məntəqəsi vasitəsi ilə tranzitinin bərpa olunmasından xəbər verib.
Behzad Kərimi bu məsələ ilə bağlı açıqlamasında həmçinin bildirib ki, iki tərəf arasında aparılan intensiv danışıqlar və məsləhətləşmələr əsasında yük maşınlarının tranzitində yaranmış problem öz həllini tapıb.
Az.R hökuməti təqribən 10 gün öncədən İranın yük maşınlarının standartlara cavab vermədiyini bildirərək , İranın yük maşınlarının tranzitində məhdudiyyətlər yaratmışdı.
Astara gömrük məntəqəsinin müdiri İranın gömrük rəsmiləri tərəfindən oxşar addımın atılmasına və Az.R-nın ağır tonnajli yük maşınlarının Astara və Biləsuvar gömrük məntəqələrindən İrana buraxılmasının qarşısının alınmasına işarə edərək deyib: Qarşılıqlı olaraq bu məhdudiyyətlərin tətbiq edilməsinin ardınca , Az.R hökuməti öz qərarından geri çəkilməyə məcbur oldu və qərara alındı ki, dörd ay müddətinə kimi adi tranzit vəziyyəti bərqərar edilsin.
Behzad Kərimi bu müddət ərzində iki tərəf arasında yeni bir anlaşmanın imzalanması istiqamətində danışıqların aparılması haqda razılığın əldə edilməsindən də xəbər verib.