Tarix : 2012 Feb 21
Kod 28778

Türkmənçay müqaviləsinin təhlili və araşdırılması mövzusunda Təbrizdə elmi toplantı keçirildi

Toplantı Təbriz məktəblərinin tarix və ictimai elmlər müəllimləri və şagirdləri tərəfindən yüksək qarşılandı
/Aran agentliyi

 

Toplantı Təbriz məktəblərinin tarix və ictimai elmlər müəllimləri və şagirdləri tərəfindən yüksək qarşılandı.

"Arannews"in məlumatına əsasən, məcburi Türkmənçay müqaviləsinin bağlanma ildönümü ilə eyni zamanda bu müqavilənin təhlili və araşdırılması mövzusunda elmi toplantı Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu, Təbriz Tarix və Mədəniyyət İnstitutu, Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutu və Təbriz Cihad Universietinin iştirakı ilə Təbriz Humanitar və İctimai Elmlər Universitetinin amfiteatrında keçirildi.

Bu məlumata əsasən, Tehran Universiteti müəllimi və Qafqazın tarixi və coğrafiyası mövzusunda çoxlu sayda kitab və məqalələrin müəllifi Bəhram Əmir Əhmədyan və Təbriz Universiteti müəllimi doktor Paşazadə toplantıda çıxış etdilər.

Toplantı Təbriz məktəblərinin tarix və ictimai elmlər müəllimləri və şagirdləri tərəfindən yüksək qarşılandı.

  • Yazılıb
  • da (də) 2012 Feb 21