Tarix : 2012 Feb 21
Kod 28782

Doktor Əmir Əhmədyan: Gülüstan və Türkmənçay müqavilələri İranın Qafqaz regionuna tarixi sahibliy...

Tarixi məsələləri açıqlamaqda bizim məqsədimiz məhz regionun tarixiniə aydınlıq gətirmək və tarixi saxtakarlıqla elmi qarşılaşmaqdır
/Aran agentliyi

Tarixi məsələləri açıqlamaqda bizim məqsədimiz məhz regionun tarixiniə aydınlıq gətirmək və tarixi saxtakarlıqla elmi qarşılaşmaqdır.

"Arannews"in məlumatına əsasən, Tehran Universiteti müəllimi və Qafqaz məsələləri üzrə baş tədqiqatçı doktor Bəhram Əmir Əhmədyan Təbriz Universitetində keçirilən "Türkmənçay müqaviləsinin təhlili və araşdırılması" Elmi Toplantıda çıxışında tarixi məsələləri açıqlamaqda məqsədin məhz regionun tarixiniə aydınlıq gətirmək və tarixi saxtakarlıqla elmi qarşılaşma olduğunu bildirərək dedi: "Biz tarixi məsələlərin açıq və düzgün bəyan olmasının ardıncayıq və region ölkələrin torpaqlarında gözümüz yoxdur".

O, daha sonra dedi: "İran, tarix boyu heç vaxt başqa ölkələrin ərazilərinə tamah salmayıb, amma təəssüflər olsun ki, bizim bəzi qonşularımız, o cümlədən Rusiya torpaqlarımızdan bəzi hissələrini bizdən ayırıb. Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ayrılan ərazilər də o cümlədəndir".

Doktor Əmir Əhmədyan bu barədə vurğuladı: "Bu gün İran o qədər qüdrətlidir ki, acı tarixi hadisələrin bir daha təkrarlanmasına yol vermir".

Əmir Əhmədyan Qafqaz regionunda təzə müstəqillik qazanmış bəzi ölkələrin tarixçilərinin İranın Qafqaza tarixi sahibliyini inkar etmələrinə işarə edərək açıqladı: "Gülüstan və Türkmənçay müqavilələri İranın Qafqaz regionuna tarixi sahibliyinə ən tutarlı dəlildir".

Tədqiqatçı daha sonra dedi: "Həmin vaxtlar Fransa kimi güclü bir ölkəni məğlub etmiş Rusiyanın İranla Türkmənçay müqaviləsi bağlamağa nə ehtiyacı vardı? Qafqazın İrandan ayrılmasına səbəb olmuş bu müqavilələrin Rusiyanın İranı Qafqazın sahibliyini rəsmi olaraq tanımasından ayrı bir mənası varmı?"

Doktor Əmir Əhmədyan çıxışının davamında dedi: "Əgər bu tarixçilərin iddiaları əsasən, İran-Rus müharibələri zamanında Qafqaz xanları müstəqil idilərsə, bəs onda niyə Rusiya Gülüstan və Türkmənçay müqavilələrini onlarla bağlamayıbdır?"

Qafqaz məsələləri üzrə baş tədqiqatçı Qacar zamanında Rusiyanın İrana hücumunun hədəflərinə işarə edərək dedi: "Rusiyanın öz ərazilərini cənub istiqamətində genişləndirməkdə əsas məqsədi isti sulara çatmaq, cənub-qərbdə başsız və müdafiə baxımından zəif ərazilərinin təhlükəsizliyini təmin etmək olmuşdur. Bu istiqamətdə hündür Qafqaz dağları Rusiya üçün təbii müdafiə səddi idi. Ona görə də cənuba tərəf irəlilədi və Qafqaz dağlarından keçərək Araz sahilinə çatdı".

  • Yazılıb
  • da (də) 2012 Feb 21