Tarix : 2012 Feb 21
Kod 28786

İranın XİN rəsmisindən Bakıya növbəti xəbərdarlıq

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü sionist İsrail rejiminin təxribatçı-terrorçu Mossad təşkilatının Azərbaycan Respublikasındakı fitnələri haqda xəbərdarlıq edib
/Aran agentliyi

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü sionist İsrail rejiminin təxribatçı-terrorçu Mossad təşkilatının Azərbaycan Respublikasındakı fitnələri haqda xəbərdarlıq edib.
Hökumət rəsmisi deyib: Region ölkələri sionist İsrail rejiminin regiondakı tələləri və fitnələri qarşısında ehtiyatlı davranmalı və sionist rejim casuslarının gediş-gəlişini diqqətlə nəzarət altında saxlamalıdırlar.
Ramin Mehmanpərəst bu gün çərşənbə axşamı Tehranda yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında sionist rejim başçılarının İranın gənc və istedadlı alim və kadrlarının terror edilməsi məsələsinə təkid etmələrinə işarə edərək, bildirib: Region ölkələri sionist amillərin öz ölkələrində fəaliyyət göstərmələrinin qarşısını almalıdırlar.
R.Mehmanpərəst lazım olan məsələlərin Azərbaycan Respublikası hökumətinin diqqətinə çatdırıldığını deyərək, vurğulayıb: Əlbəttə, Azərbaycan Respublikası rəsmiləri sionist amillərin bu ölkədəki fəaliyyətini rədd edərək, belə bir fəaliyyətin olmadığını iddia edirlər.
İranın XİN sözçüsü həmçinin, deyib: Biz region ölkələrinin qarşılıqlı formada məsuliyyət hissi keçirmələrini istəyirik. Region həssas bir şəraitə malikdir və hamı ayıq olmalıdır ki, sionist rejimin fitnə toruna düşməsinlər.

  • Yazılıb
  • da (də) 2012 Feb 21