Tarix : 2012 Feb 21
Kod 28787

İranın nüvə alimlərini terror edən amilə Azərbaycanda sığınacağın verilməsi Bakını çaş-baş qoyub

İranın nüvə alimlərindən olan Mustafa Əhmədi Rövşənin terror edilməsində əli olan Mossadın terror amillərindən ''Cavidan'' ləqəbli yəhudi terrorçu ...
/Aran agentliyi

İranın nüvə alimlərindən olan və son zamanlar Tehranda terror edilən Mustafa Əhmədi Rövşənə qarşı sui-qəsd planında iştirak edən amillərdən birinin Azərbaycan Respublikasında sığınması ilə bağlı məlumatların ifşa edilməsinin ardınca rəsmi Bakı əl-ayağa düşüb, nə edəcəyini bilmir.
Belə ki, 2 gün öncə bildirildi ki, İranın nüvə alimlərindən olan Mustafa Əhmədi Rövşənin terror edilməsində əli olan Mossadın terror amillərindən "Cavidan" ləqəbli yəhudi terrorçu Azərbaycan Respublikasında rəsmi Bakıdan sığınacaq alıb.
Bu xəbərin yayılmasının ardınca Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan-İran münasibətləri ilə bağlı mediaya açıqlama verib.
Əli Həsənov   deyib ki, Azərbaycan özünün xarici əlaqələrindən İrana qarşı, eləcə də digər qonşu dövlətlərə qarşı heç zaman istifadə etməyib, istifadə edilməsinə də imkan verməyib!
Əli Həsənov   əlavə edib : Bu ölkənin maraqları bizim həmişə diqqətimiz mərkəzində olub və bu maraqların pozulmasına, heç bir anti-İran fəaliyyətinə yer verməmişik. Eyni şeyləri İrandan da tələb edirik və düşünürük ki, bu, belə də olacaq!”

  • Yazılıb
  • da (də) 2012 Feb 21