Tarix : 2012 Feb 22
Kod 28793

Əsir zülmün yelləri, əsir...

Yatma Azərbaycanlı zülmün ağuşunda!
/Aran agentliyi

Yatma Azərbaycanlı zülmün ağuşunda!

Azərbaycanda dindarlara qarşı saxta ittihamlar davam edir və möminlərin ləkələnməsi həddi keçmiş vəziyyətdədir. Son həftə ərzində tutulanların sayı sürətlə artmaqdadır. Kütləvi surətdə dindar həbsi , insan hüququnun pozulması ölkənin bəlaya uğramasının işarəsidir. Bu bəla böyük şeytan İsrailin bəlasıdır ki, Azərbaycanı əlində istifadə mənbəyinə çevirib.

Azərbaycanın, haqqı yemiş üstündəndə yəhudi sinaqoqunda su içmiş rəhbərliyi Qarabağda işğal olunmuş torpaqlarını unudub terrorist “dövlət ” olan İsrailə kömək məqsədilə İran İslam dövlətilə savaşmağa üz tutub.

Ölkə rəhbəri İslam ölkəsi olan İranla düşmən olanlara göstərmək istəyir ki, mənlə işiniz olmasın məndə sizinləyəm. Siz bir pislik etməyi düşünürsünüzsə mən daha artığını edərəm. Elə dediyi kimidə edir. MTN işçiləri hər həbs etdiyi dindarların cibindən narkotik çıxarmaqla böhtanlayır və həbsdən qurtarmaq imkanını əlindən alır. Həbs olunanların əksəriyyəti ailələrindən gizlədilir və harda olduqları açqlanmır.

Gizli deyil ki, Azərbaycanda və xüsusəndə Bakıda narkotikdən istifadə edənlər var. Bakıda hansı bara gedilsə bunu aydın bilmək olar. Nədənsə narkotik ancaq dindarlarda axtarılır. Qısa bir xatırlatma verim ki, dini təhsil almış dindarları demirəm , hansısa bir namaz qılan, oruc tutanın narkotikdən istifadə etdiyini hələ bu ölkədə heç kəs görməyib. Necə olur ki, təhsil almış dindarın , əksəriyyətinin heç siqaret belə çəkmədiyi bir halda həbs olunan kimi cibindən narkotik çıxır?

Bunun inandırıcı olamsı mümkün ola bilərmi ki, bir ölkədə kütləvi surətdə həbs olunan dindarların hamısı narkotikdən istifadə edirmiş və xalq arasında olan dindarında bu hərəkətini heç kəs görməyib? Halbu ki, əksər dindarlar xalq tərəfindən dini təbliğlərə, yas mərasimlərinə dəvət olunurlar və hörmət sahibidirlər.

Qeyd edim ki, Azərbaycanda dindarların hər hərkətləri həmişə xalq arasında diqqətdə olub, nümunə olublar başqalarına. Demək ki, hökumətin başqa sübut edə biləcək bir bəhanəsi yoxdur. Dinc əhalini hansısa bir başqa əməlində ittiham edə bilmir.

İsrail siyasətinə uyğun hərəkət edərək İslam dininə qarşı olan kinini bu yolla çıxarır və ölkəni dinsizliyə doğru aparmağa cəhd edir. İran dövlətinində İslam dininə dayaq olduğu üçün, bu dövlətlə düşmənçilik edənlər İranda təhsil almış tələbəlri həbslə aradan aparmağa çalışırlar və sanki İrandan qisas alırlar.

Düşünürlər ki, dindarları casus ya narkotik istifadəçisi kimi adlandırmaqla hər kəsin gözündən salacaqlar və bu yoldada Azərbaycandan İslam dinini yox edəcəklər.

Bütün bu olanlara Azərbaycan xalqı laqeyd qalmamalı , bunu dərindən düşünməli, haqlı araşdırma aparmalı və İslam dinin İranla ya başqa bir dövlətlə əlaqəsi olmadığını bilməlidir. Düşmən araqarışdırmasına uyub hisslərə qapılmamalıdır. Bilməlidir ki, Azərbaycan xalqı müsəlmandır və illərlə xarici ölkələrdə təhsil almış inasanlar onalrın öz millətidir. Onlar bu xalqın övladları üçün illərini qürbətdə təhsil ocaqlarında keçiriblər. Dinlərinin aradan getməməsi üçün fədakarlıq ediblər və bu gündə etməkdədirlər. Xalq imkan verməsin ki, düşmən dininə , dindarına ləkə gətirsin.

Qoy din düşmənləri Azərbaycanlını yatmış bilməsin. Xalq günahkarı ədalət kürsüsündə ittiham etsin. Haqsızlığa son qoyub, azadlıq bayrağını ucaltsın.

Zindandadır möminlər, xalqdan dəstək gözləyirlər!

IslamTimes

  • Yazılıb
  • da (də) 2012 Feb 22