Tarix : 2012 Feb 22
Kod 28794

AR hökuməti Höccətülislam İ.Əliyevi də silah saxlamaqda ittiham edib!!

Azərbaycan Respublikasında islamçı fəallar və ruhanilərin geniş formada həbs edilməsinin ardınca, bu respublika polisi həbs olunmuş ruhanilərdən ...
/Aran agentliyi

Azərbaycan Respublikasında islamçı fəallar və ruhanilərin geniş formada həbs edilməsinin ardınca, bu respublika polisi həbs olunmuş ruhanilərdən Höccətülislam İlham Əliyevi silah və döyüş sursatları saxlamaqda ittiham edib.

Bakı mediaları bildiriblər ki, Bakı polisi döyüş sursatlarının saxlanılmasının cinayət olduğunu qeyd edən Azərbaycan Respublikası cinayət məcəlləsinin 228.1 maddəsinə əsasən Bakı ətrafında yerləşən Binə kəndinin sakini ruhani Hacı İlham Əliyevi həbs edib.

Qeyd etmək lazımdır ki, son bir həftə ərzində Azərbaycan Respublikası polisi və Təhlükəsizlik Nazirliyinin məmurları Azərbaycan Respublikasının dini fəal, islamçı və ruhanilərindən 70-ə yaxın insanı Nardaran, Gəncə, Sumqayıt, Cəlilabad və Bakının ətrafındakı bir neçə kənddə həbs edib.

Həbs olunanların əksəriyyətinə qarşı narkotik maddələr və silah saxlamaq kimi ittihamlar irəli sürülüb

  • Yazılıb
  • da (də) 2012 Feb 22