Birdən Azərbaycan xalqı da sizi Qəddafi rejimi kimi buradan qovmaq istədi, o zaman siz nə edəcəksiniz?
/Aran agentliyi
Birdən Azərbaycan xalqı da sizi Qəddafi rejimi kimi buradan qovmaq istədi, o zaman siz nə edəcəksiniz?
Azərbaycan dövlət televiziyasısnın (AZTV) yaydığı məlumata görə, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda İranın xüsusi xidmət orqanı olan "Sepah"ın və “Hizbullah”ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirib, YƏNİ DİNDARLARI..
GUYA DİNDARLAR ölkədəki xarici vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terror törədilməsi məqsədilə dəstə yaradıb. Dəstə üzvləri "Sepah"ın təlimatı ilə kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Onlar qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, terror törədilməsi ilə bağlı hazırlığa başlayıblar.
Burası lap gülməlidir. "Sepah"ın əməkdaşı Həmid adlı şəxslə “Hizbullah" terror təşkilatının "Müqavimət" hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbasın birgə yaratdığı mütəşəkkil dəstənin üzvləri arasında vəzifə bölgüsü belə aparılıb.
Bildiyiniz kimi Azərbaycannın dindar kəsimi ölkədəki AZAN, MƏSCİD SÖKÜNTÜSÜ, HİCAB QADAĞASI-na etiraz etmişlər. İndi də Evrovision başlarına qənim kəsilib. Beləki may ayında Bakıda keçiriləcək Evrovision mahnı müsabiqəsinin tərkib hissəsi olan "GEY PARAD" dindarların kəskin etirazına səbəb olub. Bu üzdəniraqların paradı nəinki dindarları hətta ölkəmizin əksər qeyrətli vətəndaşlarının etirazına səbəb olmuşdur. Belə etirazlardan xoflanan hakimiyyət DİNDARLARI ŞƏRLƏYƏRƏK həbs etmək qərarına gəlib. Bax həqiqət budur. İndi də dindarlar şərlənərək narkotiklə, silahla, xuliqanlıqla həbs olunur. Amma...
Amma... Görəsən Azərbaycanın 1-ci tele kanalı və Ölkəmizin milli təhlükəsizliyini qoruyan idarə bu cür yalan informasiya yaymaqla Azərbaycana zərər vurduqlarını başa düşmürlər? Hə yadıma düşdü Sionist İsrail və ABŞ göstərişi. Axı bu ölkələr Azərbaycanı deyil ancaq öz xeyirlərini güdüblər. Onlar üçün fərqi yoxdur sabah Azərbaycan nə vəziyyətə düşə bilər.
Bəs onlar(AZTV və MTN) fikirləşmirlər ki, bu yalan və böhtanlardan sonra dindarlar həqiqətən silaha əl atsalar nə olacaq? Birdən Azərbaycan xalqı da sizi Qəddafi rejimi kimi buradan qovmaq istədi, o zaman siz nə edəcəksiniz. Heç fikirləşirsiniz Ölkəmiz nə vəziyyətə düşəcək? Bax burasını bilmək maraqlı olardı.
xeber44